18+
реклама
18+
Бургер менюБургер меню

Низами Гянджеви – Oğluma nəsihət (страница 16)

18
Toz pərdəsi dalından cəsur köpək göründü. Gəldi, öncə dolandı arxasını, önünü, Lapdan dişinə çəkdi qasığını tülkünün: “Bir az gecikdim deyə sən məni pislədinmi? Geciksəm də, yetirdim özümü aslan kimi! Mənim ləkəsiz xaltam sənin dinintək təmiz… Tülkünün peysərini, yəqin, yeyəcəksiniz”. O kimsə ki, bəsləyir yəqinliyə sədaqət, Onun işinin sonu səadətdir, səadət. Yəqinlik yolunu tut daim bu kainatda, Yəqinlikdən mübarək mənzil yoxdur həyatda. Yəqin inam gücünə saf qızıla dönür daş, Ayaqda əyləşənlər başa keçirlər, qardaş. Yəqin bir inam ilə addım atsan qorxusuz, Oddan su çıxararsan, dəniz dalğasından toz. Yəqini təvəkkülə qarışdırıb yoğuran Yazar kərəm əlilə: “Ruzu yalnız Tanrıdan”!65 Yəqin əhli nuş edər daşdan yumşaq hər nə var, Nə quyruqda sülənər, nə çibintək qan sorar. Tanrı yoluyla getsən, nə qəm ye, nə qüssə çək, Evindən yavanlığın heç vaxt əskilməyəcək. Tanrı qapısında ol, o hər kəsdən uludur, Ruzunu ondan istə, ruzu verən də odur. Kim içəri girdisə Tanrının qapısından, Əliboş qayıtmadı səbəbsiz yerə, inan! Yəqin əhli misilsiz, kamil – onlar, naşı – biz, Biz onların ayağı, onlar bizim başımız! Səccadənin ucunu təmiz suya salarlar, Al-qırmızı şəraba bal dadı verər onlar.66 Sənə bircə günlük də möhlət vermirkən ömür, On illik azuqəni israf nədən ötrüdür? O gün ki, xəlq olundu bizim surətlərimiz, Dərhal ayırd edildi dürlü qismətlərimiz. O Tanrı süfrəsindən pay göndərilmiş sənə, Onda veriləndi ki, indi çatır süfrənə. Gecə-gündüz çabalar dolanmaq üçün hər kəs, Öz qismətindən artıq, inan, heç nə yeyəməz! Əzəldə söz verdiyin din uğrunda, get, çalış, İşləməklə nə dövlət, nə də ruzu çoxalmış. İstəsən ki, olasan hamıdan əziz insan, Çalışmaq səndən gərək, başarmaqsa Tanrıdan! Çox əlləşdi Nizami, nə qazandı? Soyuq ah, Neylədisə, yol açdı isti nəfəsli Allah!

Firidun şahın ceyran ovu hekayəti

Bir neçə həmdəmilə Firidun səhər-səhər, Saraydan çıxdılar ki, bir az seyr eləsinlər. Bir çəmənə gətirdi onu ovçu duyğusu, Burda bir yavru gördü – gözəl ceyran yavrusu. Qulaqları, gərdəni o qədər zərif, hamar… Gözləri, qılçaları səndən mərhəmət umar. Şah baxdı heyran-heyran, lapdan sıçradı ceyran, Bircə göz qırpımında uzaqlaşdı ovçudan. Ovçunu ovladı ov. Şahın ürəyi uçdu, Bütün marağı, eşqi ovun ardınca qoşdu. Yanan ciyəri kimi Rəxşi od-alov aldı, Ahunun göbəyitək kaman neçin yumşaldı?67 Nə at çatır tozuna, nə ox tutur ceyranı, Şimşək sürətli Rəxşin ox sürəti bəs hanı? Oxdan sorur: – Hanı bəs o kin dolu uçuşun? Atdan sorur: – Hanı bəs o ildırım qaçışın? Heç biri kara gəlmir, hər ikisi yorulmuş, Otyeyən bir heyvanın önündə məğlub olmuş. – Məgər elə indicə, ey şah, – dil açdı kaman, – Qarşında deyildimi dilsiz-ağızsız heyvan? Gəzirdi zirehinin himayəsində yazıq,