18+
реклама
18+
Бургер менюБургер меню

Низами Гянджеви – Oğluma nəsihət (страница 18)

18
Ayıltmasa göy səni çəkil, hicra guşəyə, Bir azca azuqə yığ o dünyaya köçməyə.72 Qanlı yaşlar tökməyin axı nə mənası var? Çoxdan gəbərib gedib sağlığında yatanlar. Səni yuxu sərsəmi görən “Şəfəq sahibi”, Yayınacaq gözündən, endirəcək niqabı. Fələk köçü yüklədi, qalx, ey Nizami, oyan! Kimdir bu gecə yarı73 ayağını bağlayan?

İsa peyğəmbərin hekayəti

İsanın ayaqları yol açıb dünyalara, Gəlib çıxmışdı bir gün balaca bir bazara. Gördü bir çoban iti, canavar kimi nəhəng, Yol üstündə uzanmış cansız, nəfəssiz köpək. Dörd yanını bürümüş adamlar qatar-qatar, Leş yeyən quzğun kimi başına toplaşıblar. Biri dedi: “Çatladar beynimizi bu cəmdək, Yanan çıraq küləkdən uzaq gərək, gen gərək!” Biri dedi: “Rədd edin, görünməsin bu murdar, Gözümüzü kor eylər, könlümüzü dondurar”. Hərə bir hava çaldı: “Tfu!” – “Cəsəd!” – “Əlhəzər!”, Zavallı, miskin leşə min bir cəfa verdilər. Növbə çatdı İsaya, eyibdən vaz keçdi o, İtin üstünlüyünü fikirləşdi, seçdi o. “Naxışları, xalları, – dedi, – aləmdi, məncə, Parlaq, saf dişlərinə nə dürr çatar, nə inci”.74 Qorxu ilə, ümidlə dənizdən dürr tapan var, Sədəfini yandırıb tozuyla diş ağardar. Özgəsinin eybini, öz hüsnünü görmə tək, Öncə öz nöqsanını görə bilən göz gərək. Demirəm ki, aynanı al əlinə, ya alma, Öz eybini görə bil, özünə heyran olma! Niyə gərək özünü bahar kimi bəzəmək? Saqın! Soldurar səni zaman bahar gülütək. Eybini örtən geyim zərif toxunduğundan, Tanrı doqquz pərdə də göydən endirmiş əlan.75 Bu göy yuvarlığının içində, ey gözü dar, Söylə, sənin boynuna həlqə76 olmayan nə var? İtsənmi ki, taxasan Sürəyya xaltasını? Eşşəksənmi, çəkəsən yük daşıyan İsanı?77 Fələk nədir? Atılmış, tərk edilmiş dul qarı, Cahan nədir? Saralmış bağların solğun barı! Hər köhnəni, təzəni bircə-bircə sal yada, Bu dünyada nə varsa, dəyməz bir arpaya da. Yemə dünya qəmini, xacə, tərk et oyunu, Qüssə çəksən, qoy yerə Nizaminin payını.78

Nəzər sahibi bir möbidin dastanı

Ağsaçlı qoca möbid, yeri, yurdu Hindistan, Yol keçəndə nə gördü? Bir bostan, bir gülüstan. Ortasında naxışlı imarətlər, qəsrlər, Qucağında çiçəklər əsim-əsim əsərlər. Fələk kimi qan tökən qönçələr beli bağlı, Az ömürlü lalənin başından çıxıb ağlı. Fəvvarədir çəmənin tər süsəni, laləsi. İncə boylu qamışlar – qənd, şəkər piyaləsi. Öz oxuyla yaralı güllər qalxana bənzər, Canının qorxusundan əsir salxım söyüdlər. Bənövşənin saçları öz boynuna bağ olmuş, Nərgizin ətəkləri gümüş axçayla dolmuş. Güllə qucaq-qucağa, nəfəs-nəfəsə lalə, Biri yaqutla süslü, o biri incilərlə. Yazıq hardan bilsin ki, bircə günlük ömrü var, Sabahı düşünmədən bu gün olmuş bəxtiyar. O ağsaçlı ixtiyar seyrə daldı gülzarı, Bir aydan sonra yenə burdan düşdü güzarı. Hanı o güldən əsər, hanı bülbüldən əsər?