реклама
Бургер менюБургер меню

Слушать книги Низами Гянджеви (7)

На этой странице Вы можете бесплатно слушать аудиокниги Низами Гянджеви онлайн. Также Вы найдете и других авторов книг схожих с Низами Гянджеви

Последние
Низами Гянджеви - Sirlər xəzinəsi
Низами Гянджеви - Sirlər xəzinəsi
""Sirlər Xəzinəsi"" (fars مخزنالاسرار Məxzənül-əsrar) – Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan[1] bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci illərə uyğun gəlir. «„Sirlər Xəzinəsi“» zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə «„Kəlilə və Dimnə“», «„Qutadqu bilik“», «„Hədiqətül-həqiqə“», «„Siyasətnamə“», «„Qabusnamə“», «„Cəhar məqalə“» və sair kimi əsərlərə yaxın olan «„Sirlər Xəzinəsi“» həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist[2] və demokratik[2] istiqamət vermişdir.Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, məqalətlər və bu məqalətləri epik lövhələrlə əks etdirən kiçik hekayələrdən ibarətdir. Kitabın tamamlanması haqqında kiçik bəhslə poemaya yekun vurulur. Başlanğıcda şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, peyğəmbərdən söhbət açır, islam dini ehkamları çərçivəsində onları tərifləyir. Zamanın tələbinə uyğun hərəkət edən şair bu bəhslərin özündə belə ənənəvi dini ifadələrlə olsa da, çox ciddi ictimai problemlərə toxunur. Nizaminin sənətkar mövqeyi bu hadisələrə münasibətdə də açıq-aydın diqqəti cəlb edir; şair oxucunu həyəcanlandırır, şairin əfvali-ruhiyyəsi, ürək təlatümləri oxucuya da sirayət edir. Məlum olur ki, bütün bu təriflər, müraciətlər əsil mətləbə keçmək üçün bir bəhanədir. Zəmanəsindən son dərəcə narazı olan şair Allaha və peyğəmbərə də böyük ideallar naminə müraciət edir, qədim düzlük və doğruluq, təmizlik dövrünün, islamın ilk illərinin həyatını qaytarmağa çağırır.Nizaminin ədalətli insan cəmiyyəti haqqında siyasi-ictimai-əxlaqi fikir və düşüncələri, Şerin epik-lirik janrda ilk qələm təcrübəsi olan «„Sirlər Xəzinəsi“»ndə hər biri ayrı-ayrılıqda bitkin bir sənət əsəri olan iyirmi məqalə və müqəddimədə pərakəndə halda, dağınıq verilmişdir. Bu pərakəndəliyə baxmayaraq iyirmi əsas məqalə və bədii müqəddimədə qoyulmuş mövzu və ideyalar məntiqi surətdə bir-biri ilə bağlanıb əsərin vahid mövzu və ideyasını ifadə edir. İctimai əmək, yüksək və aşağı təbəqə üzvlərinin əxlaqi keyfiyyətləri, cəmiyyətin qurulmasında şer və şairin rolu kimi mövzu və ideyalar bütünlükdə baş mövzunun, ədalətli insan cəmiyyəti haqqında fikir və düşüncələrin işıqlandırılmasına xidmətdədir.H. Araslı “Sirlər Xəzinəsi”nin əsas ideya və mövzusunun ədalət və əmək mövzusu olduğunu, ümumiyyətlə bu mövzuda dövrün mühüm ictimai-siyasi və əxlaqi məsəllərinin öz əksini tapdığını qeyd edir.[3] Y. E. Bertels “Sirlər Xəzinəsi”nin mövzusundan danışdıqda əsərin əsasında şairin ədalət və əmək haqqında fikirləri, verilən sözün üstündə durmaq, rəhmli olmaq, qızıla nifrət, həqiqi dostluq kimi əxlaqi məsələlərin durduğunu göstərmişdir.[4] F. Qasımzadə “Sirlər Xəzinəsi”nin ayrı-ayrı məqalələrində qoyulmuş mövzu və ideyaları əsasən ədalət, əmək və əxlaq kimi üç istiqamətdə qruplaşdırıb təhlil etməyin mümkün olduğunu qeyd edir.
Низами Гянджеви - Xosrov və Şirin
Низами Гянджеви - Xosrov və Şirin
""Xosrov və Şirin"" (خسرو و شيرين Khusraw o Shīrīn) (1180) – Nizami Gəncəvinin «„Xəmsə“» toplusuna daxil olan ikinci poemadır. Əsər 1180-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Atabəy Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Eldəgizə (1173-1186) ithaf etmişdir. Əsərdə Cahan Pəhləvandan başqa, Toğrul ibn-Arslan Səlcuqi (1178-1194) və Qızıl Arslanın (1186-1191) da adları çəkilir.Əsərin süjetinin əsasında Sasani şahnı II Xosrov Pərviz (590-628) və onun həyat yoldaşlarından biri olan Şirin haqqında şərqdə geniş yayılmış «„Xosrov və Şirin“» əfsanəsi durur. Hələ Nizamidən çox qabaq “Xosrov və Şirin” dastanını ilk dəfə Firdovsi (X əsr) “Şahnamə”nin tərkibində nəzmə çəkmişdir. Lakin Firdovsi əsərinin içində epizodik bir səhnə yaratmaqla “Xosrov və Şirin” dastanına yüngülcə toxunmuşdur. Bu mövzunu geniş planda işləməyi Nizami Gəncəvi öz öhdəsinə götürmüş və ilk dəfə “Xosrov və Şirin” mövzusunda məsnəvi yazmışdır. Bəzi tədqiqatçıların fikrincə isə Nizami Gəncəvi “Xosrov və Şirin”i Fəxrəddin Əsəd Gurganinin “Veys və Ramin” poemasının müstəqim təsiri altında yazmışdır.Qısa müddət ərzində məşhurlaşmış əsərin müxtəlif dövrlərə aid onlarla əlyazmaları dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılmaqdadır. «„Xosrov və Şirin“» poeması Nizamidən sonra yetişən şair nəslinin formalaşmasına ciddi təsir göstərmiş, müxtəlif şərq ölkələrindən olan onlarla şair bu əsərə nəzirələr yazmışlar.
Низами Гянджеви - İsgəndərnamə (İqbalnamə)
Низами Гянджеви - İsgəndərnamə (İqbalnamə)
İsgəndərnamə (fars اسکندرنامه) – Nizami Gəncəvinin «Xəmsə» toplusuna daxil olan beşinci və sonuncu poemadır. Poema 1200-1203-cü illər arasında fars dilində yazılmışdır. Şairin lirik şeirlərində və digər poemalarında qaldırdığı ictimai problemlər bu əsərdə tam bədii əksini tapmışdır."İsgəndərnamə" poeması iki hissədən ibarətdir: birinci hissə «Şərəfnamə», ikinci hissə «İqbalnamə» adlanır. «Şərəfnamə» Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, «İqbalnamə» isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. İskəndərnamə tarixi-romantik poema olub, epopeya da adlandırıla bilər. Əsər müəllifin başqa poemaları, xüsusilə məhəbbət dastanlarından fərqlənməklə, Nizaminin həcmcə ən böyük əsəri olub 10460 beyti əhatə edir. Əsərin 6835 beyti Şərəfnamədə, 3625 beyti isə İqbalnamədə cəmlənmişdir. Poema əruz vəzninin mütəqarebe məqsur (məhzuf) bəhrində yazılmışdır. İsgəndərnamə özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərmişdir. Əmir Xosrov Dəhləvinin “Ayineyi-İsgəndəri”, Əbdürrəhman Caminin “Xirədnameyi-İsgəndəri”, Əlişir Nəvainin “Səddi-İsgəndəri” və başqa əsərləri Nizami İsgəndərnaməsinin təsiri ilə yazılmış əsərlər sırasında göstərmək olar. Nizaminin poeması Hatifinin “Teymurnamə”si kimi İsgəndərin adı ilə bağlı olmayan əsərlərə də təsir etmişdir. Həmin təsir Teymurnaməyə qəhrəmanlıq motivləri, Sədinin “Bustan”ına isə didaktik cəhətdən olmuşdur. İsgəndərnamədə əxlaqi fikirlərin güclülüyü, Şərq ədəbiyyatında isə bu məsələyə xüsusi diqqət yetirilməsi poemanı sevdirən səbəblərdən olmuşdur.