реклама
Бургер менюБургер меню

Nəriman Həsənzadə – Dostlar gözləyir məni / Şeirləri və Poemaları (страница 14)

18
Sənsizliyə öyrəşirik, keçir zaman, dünya özü birtəhərdi, mat qalmışam. Daha səndən danışanda darıxırlar: sağlığında istədiyin, süfrə açıb gözlədiyin, sədaqətin timsalıdı dediklərin. Səndən soyuq danışırlar: – sərin-sərin. Elə bil heç olmayıbsan, sənə qurban.

PALID

Deyirlər bir gün olub, – bərk əsibdi küləklər. Kötüyündən qopubdu basdırılan dirəklər. Dəyişib başdan-başa yerin-göyün havası. Uçub palıd ağacı, – üstdə qarğa yuvası. Baxıb qoca palıda, gözünə sağılıb qan. Ağaca yox, yuvaya hayıfsınıb kənardan. Palıd: darıxma, – deyib üzgün görüb qarğanı. – Ayaq üstə nə qədər saxladımsa yuvanı, elə böyrü üstə də saxlayaram o qədər. Bundan ibrət götürsün gərək qarğakimilər. Bu bir el məsəlidir, arabir gətir yada. Səbirlidir, unutma, palıd yıxılanda da.

ÇƏKİLİR

«Dəcəl meymun, çolaq ayı, çəp keçi», tovuz quşu imtahana çəkilir.. Toy tutulur təmizliyə, düzlüyə, pis qabağa, yaxşı yana çəkilir. Oğru durub doğruluqdan dəm vurur, nanəciblər nəciblərə tor qurur. Lal olmuşun gör neçəsi lal durur, Bağa kimi burda qına çəkilir. Dünya gözəl, ömür qısa, yol uzun, bu sevdada kim uduzsun, kim udsun?! Başımızda bu mərəkə, bu ovsun, Günəş dağlar arxasına çəkilir.

AYRILIQ

Mən səni həyatda daşa dəyişdim, torpağa dəyişdim, məzara döndün. Mən öz baharımı qışa dəyişdim, çinara dönmüşdün, hasara döndün. Bir ana bənd imiş bu əbədiyyət, duydum buza dönən nəfəsini də. Anamı əlimdən alan təbiət, gözü götürmədi, aldı səni də. Mən bir xəcalətdən çıxa bilmədim, bu gizli dərdimi açıq desəm də.