реклама
Бургер менюБургер меню

Nəriman Həsənzadə – Dostlar gözləyir məni / Şeirləri və Poemaları (страница 15)

18
Sənə – sənə layiq baxa bilmədim, səni – sənə layiq dəfn eləsəm də. Yerə söykədilər mərmər üzünü, qışqırdım dayanın, əl saxladılar. Mən özüm örtərdim evdə üstünü, burda, qəbristanda torpaqladılar. Sən getdin, dəyişdi həyatın özü, getdi dadı-tamı, hər şeyi getdi. Evi bəzərdin ki, gözəl görünsün, evimin ən gözəl bəzəyi getdi. Gedib dost-qohumun qəbri üstünə, gül-çiçək qoymuşuq ikilikdə biz. – Mən sənsiz ölərəm! – demişdim sənə, – Hamısı yalanmış, yaşadım sənsiz. – Sənə sədaqətdi bütün həyatım! – deyərdim, baxardın gülümsəyərək. Səni qəbristanda qoyub qayıtdım, sədaqət şüarım bu imiş demək. Bu gün qəbristanda gecikib səhər, üstünə nur səpir qızıl dan yeri. Torpaq ot bitirər, ağac bitirər, burda daş bitirir qəbristan yeri. Bir gözəllik itib duman içində, dünya imtahanmış, işləri ovsun. İlahi, bu qədər insan içində, bir insan tapmıram söz demək olsun. Fikirli qalxıram üzüyuxarı, nə qədər yaxınsan, nə qədər uzaq. Təzə ot göyərib örtür cığırı, itirmək istəyir qəbrini torpaq. Mənsiz darıxırdın evdə hər dəfə, dözümsüz olmuşdu gecə-gündüzün. Gedəndə deyirdin tez qayıt evə, bəs niyə qayıdıb gəlmirsən özün?! Gözüm yolda qalıb, qulağım səsdə, gedibsən, qalmışam mən qonaq kimi. Sən yerin altında, mən yerin üstə, – biz ayrı düşmüşük kök-budaq kimi.

DANIŞ, QIZSIN ÜRƏYİM

Zərdabi institutu, qədim Gəncə torpağı. Üçüncü mərtəbədə bizim sinif otağı, sənin gözəl ürəyin, mənim şeir dəftərim. Yol çəkərdi gözlərim. Şeirimi dərsarası lövhələrə yazardım, elan kimi asardım. Guya filankəs üçün bu, məktub əvəziydi. Cavanlıq həvəsiydi, ilk məhəbbət aləmim. Onda könlüm danışdı, dilim lal oldu mənim. Bir qızın əsiriydim, qızlar mənə gülərdi. Dəftərdən-dəftərlərə şeirim köçürülərdi. Məhəbbətim dolaşdı ağız-ağız, yadigar. Heç bilmirəm kim oldu e'tibarsız, Yadigar. Danışıram hələ mən