реклама
Бургер менюБургер меню

Nəriman Həsənzadə – Dostlar gözləyir məni / Şeirləri və Poemaları (страница 16)

18
arsız-arsız, Yadigar. Danış, qızsın ürəyim, Sən danış, qoy mən axım xatirələr selində. Gözüm sənin gözündə, əlim sənin əlində.

MÜHİT

Şekspirin əsəri tamaşaya qoyuldu. Nə məqalə yazdılar, nə xoş söz deyən oldu. Müasir müəllifi gətirdilər səhnəyə. Məşqindən başladılar ona tərif deməyə.

MEHR, ÜLFƏT

Belçikada, kilsədə, bir keşişin səsində mən hərarət duyurdum flamand ləhcəsində. Yanımda tərcüməçi pıçıldayıb arada, – mehr, ülfət istəyir deyirdi o, dünyada. – Gərək fikirləşəydi dedim ülfət istəyən, NATO-nun qərargahı uzaq deyil kilsədən. Yüz addım aralıda pozulur mehr, ülfət, ölümlə hədələnir dünyada bəşəriyyət. Nədir onun günahı? Raketlər, generallar tanımırlar allahı. Brüssel bahalıqdı, xanım, deyin keşişə. o xeyir-duasını bəlkə bir az dəyişə. Şəxsi mehmanxanada biz ütü istədik: pul! stəkan istədik: pul! (pul əl çirki deyilmiş, burda gördüm ay oğul). Köynəyimiz ütüsüz, özümüz çaysız, yetər. Bizlərdə belə deyil, xanım, pul istəmirlər. Qərbin gözündən gəlsin Şərqin mehri, ülfəti, ya Şərqin səxavəti. Bir əcnəbi görəndə, ya xarici bir qonaq, Beynəlmiləl oxuduq salam-kəlamdan qabaq. Xanım, deyin keşişə: dininə hörmətim var, sizə də çox hörmətim. Mən Qafqaz adamıyam, sizdə ülfət görmədim.

M.İ

Heç bilmirəm mən nə yazım, mən nə deyim, düz deyiblər: vaxt atlıdır, biz piyada.