реклама
Бургер менюБургер меню

Nəriman Həsənzadə – Dostlar gözləyir məni / Şeirləri və Poemaları (страница 13)

18
– Neynirsən o sevinci? – sual verdi bir qadın. – Tam olsa, sevinc itər, duymazsan heç həyatı. Səadət tamda deyil, bəlkə bu – yarıdadı?! Fəlsəfi fikir idi, qanunları dəyişməz. Bütöv sevinc verirdi yarı-yarı gülən kəs.

YAZ BELƏ

Belə gözəl, belə zərif, belə saf səni harda bəsləyiblər qız, belə? Hansı evə qədəmlərin dəyəcək, o evdə də yeri belə, gəz belə. Nəfəsini çiçək alır, gül duyur. ona görə güllər gözəl qoxuyur. Səni görüb qəfəsdə quş oxuyur, quş-könülümdü, sinəmdi qəfəs belə. Bu dünyanın qışı qışdı, yayı yay, bu ayları, bu günləri sayhasay. Aramızı yaş kəsibdi ay haray, Yazdığımı köçür belə, yaz belə.

DƏYYUS

Hollandiya pendirini tərifləyər, qədim Gəncə qaymağına deyər pisdi. Başqa xalqın tarixinə boyun əyər, boynu sınmış öz xalqından xəbərsizdi! Adlar çəkər, bərələr də xırda gözü, desinlər ki, savadlıdı. təhsil alıb. Mədəniyyət tələb edir, amma özü mədəniyyət paylananda dalda qalıb. Bir xarici papirosa səni satar, turist görsə, qulluq edər kiçik kimi. Jass! – eləsən toyuq kimi yerə yatar, xoxx! – eləsən, zingildəyər küçük kimi. İclaslarda onu sancar, bunu sancar, ağıllılar qulaq asır ağılsıza. Vətəndaşlıq hüququndan söhbət açar, hələ mən də əl çalmışam o dəyyusa!

SƏNƏ QURBAN

Əvvəl sənə öyrəşmişdik, sənə qurban, Gülüşünü eşidərdik səhər-axşam.