18+
реклама
18+
Бургер менюБургер меню

Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 8)

18
Keyvan şəbi-qədrin eylədin ruz, Oldun ona şəm'i-məclisəfruz. Rə'yət səfi-sabitata çəkdin, Ol məzrəə mehr toxmun əkdin. Qıldın fələk ətləsini rəngin, Ol məhfilə verdin özgə ayin. Lövhü qələmi müzəyyən etdin, Kürsü ilə ərşi rövşən etdin. Cibrili qoyub, Büraqi saldın, Tövhid yolunda fərd qaldın. Rəf' oldu sənə hicabi-mabeyn, Nüzhətgəhin oldu qabi-qövseyn. Getdin o yerə ki, getmək olmaz, Yetdin o yerə ki, yetmək olmaz. Bizdən Həqə ərzlər yetirdin, Həqdən bizə müjdələr gətirdin. Lütf etdi sənə inayəti-Həq, Tövfiq nifazü əmri-mütləq; Həm məxzəni-mə'rifət kilidi, Həm ne'mətü mərhəmət ümidi. Dəryadə olub qəni gühərdən, Zövq ilə dönəndə ol səfərdən, Gərm idi hənuz xabgahin, Cünbüşdə qübari-xaki-rahin. İnsaf həmin ola siyahət, Böylə səfər ilə istirahət. Oldu sənə feyz bunca hasil, Ol vaqiədən zəmanə qafil. Qafilləri eylədin xəbərdar, Əsrari-nihani etdin izhar. Açdın dəri-iltifatü ən'am Verdin gərəyincə hər kəsə kam. Çün şəfqəti-amin oldu məqsum, Lütf eylə, məni həm etmə məhrum. Biçarə Füzuliyəm ki, zarəm, Zilli-günəh ilə şərmsarəm. Tədbirdə süstəmü səbükray, Sən bir mədəd etməsən mənə, vay! Ey məş'əleyi-təriqi-tarik, Vey rahnümayi-rahi-barik! Ehsanını hadiyi-təriq et, Bir feyzi-nəzər mənə rəfiq et, K'alayişi17 -ixtilafdan pak, Peyrəvliyin eyləyim tərəbnak. Gülzari-vücudum edə sirab, Barani-riyazi-alü əshab!

QƏSİDƏ

Ya mənbəül-məkarimi və ya mə'dənül-vəfa, Ya məcməül-məhasini və ya mənbəül-əta. Əntəl-ləzi büistə ileyna mübəşşirən, Vəxtarəkəl-ilahə ənil xəlqi vəstəfa. İt'əl-ləzi təfəzzələhül-qürbə vəl qəbul, Vəntəl-ləzi təfərrədəhül-izzü vəl-üla. Mən irtica bilütfikə maxabə vəntəfi, Mən iqtəda bişər'ikə mazaə vəhtəda. Ya övnə mən təfəqqədəhü ində şiddətin, Ya kəhfə mən təbəssənə fizzəri vənnəca. İsa nəmirəsəd beto dər qədrü mənzələt, Bər çərx əgər nəhəd zisəri-iqtidar pa. Me'rac yafti to vü bər Tur şod Kəlim, Fərq əz to ta Kəlim ziərşəstü ta səma. Abi-to bud k'atəşi-Nəmrudra nişand, Ruzi ke, kərde bud dər atəşi-Xəlil ca. İqrari-kaferist zişər'i-to inhiraf, Bürhani-gümrəhist beğeyri-to iqtida.