18+
реклама
18+
Бургер менюБургер меню

Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 7)

18
Sənsən bu sərir padşahi, Bu mülkdə olanın pənahi. Hər əsrdə bir nəbi zühuri, Hər dövrdə bir rəsul nuri Fitrət yolunu müzəyyən etdi, Üzün şəmi ilə rövşən etdi. Ta gəlməgə rövşən ola rahin, Budur rəhü rəsmi padşahin. Xabi-ədəm içrə şəxsi-aləm Görmüşdü vücuddən müqəddəm Kim, ləm'eyi-nurdən bir əfsər Geymiş, vermiş özünə ziyvər. Bidar olanda ol yuxudan Getmişdi qərari arizudan. Çün istədi ol mənamə tə'bir, Səndən ona müjdə verdi təqdir. Dünyayə pəyami-feyzi-nurin, Tənbihi-səadəti-zühurin Xəlqə verib intizari-məqdəm, Ol dəm gəldi ki, gəldi Adəm. Dünya tələbində oldu qaim, Dövr ilə səni dilərdi daim. Bir-bir yetib özgə ənbiyayə, Me'racə çıxardı payə-payə. Gəzməzdi səninlə sayə həmrah, Guya ki, nihali-qəddin, ey mah, Bu aləmə vermiş idi vayə, Ol aləmə salmış idi sayə.

BU, ŞƏBİ-ME'RAC BƏYANİDİR VƏ TÜLU'İ-AFİTABİ-ASİMANİDİR16

Çün feyzi-vücudin ilə, ey pak, Rəşki-fələk oldu ərseyi-xak, Didarını görməgi mələklər, Pabusuna yetməgi fələklər Çox eyləyib iztirab peyda, Allahdan etdilər təmənna. Bir yaxşı zaman, şərəfli saət Rəf oldu dualara icabət. Cibril yetib, yetirdi fərman: – Key sərvi-riyazi-elmü irfan! Xurşidini ərşə sayə qılğıl, Me'raci büləndpayə qılğıl! Ey qədri bülənd padişəh, dur! Lütf et, şəbi-qədr qədrin artır! Rəf eylə hicabi-masəvani, Seyr eylə məkani-laməkani! Müştaqi-cəmaldır mələklər, Möhtaci-vüsaldır fələklər. Eyvani-sipehrdə sitarə Min-min göz açıbdır intizarə. Xoş ol ki, minib Büraqi xoşhal, Buldun dərəcati-izzü iqbal. Basdın ayağın bu çar tağə, Çıxdın dərəcati-nöhrəvağə. Nə'leyninə sürtdü üz məhi-növ, Xurşid rüxündən aldı pərtöv. Göstərdi Ütarid ehtiramın, Xətt verdi ki, mən sənin qulamın. Nahidin edib füzun nişatın, Bəzmi-tərəb eylədin büsatın. İqbalın olub qərini-xurşid, Ögrətdi Məsihə rəsmi-təcrid. Tiğində bulub nizam əyyam, Tə'limi-şücaət aldı Bəhram. Bərcisə müsaid oldu iqbal, Feyzi-qədəmindən oldu xoşhal.