18+
реклама
18+
Бургер менюБургер меню

Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 6)

18
Təhqiqi-vəsileyi-vüsul et! Təqlidi-şəriəti-rəsul et!

BU, SƏRDƏFTƏRİ-ƏNBİYANIN KİTABİ-ÖVSAFINDAN BİR VƏRƏQDİR VƏ SƏRVƏRİ-ƏSFİYANIN GÜLZARİ-LƏTAFƏTİNDƏN BİR TƏBƏQDİR14

Ey padşəhi-səriri-lövlak, Məqsudi-vücudi-xakü əflak! Olmuş əflak xaki-rahin, Çəkmiş əflakə xak cahin. Ey raqimi-nüsxeyi-məani, Mə'mureyi-elmi-dinə bani! Şahənşəhi-məsnədi-risalət, Rəssami-qəvaidi-ədalət! Ey ərşnəvazü fərşpərvər, Dəftərdari-hesabi-məhşər! Sərdəftəri-ənbiyayi-mürsəl, Onlara həm axirü, həm əvvəl! Ey vazei-istilahi-iman, Həqdən səbəbi-nüzuli-fürqan! Sənsən sultanü qeyr xeylin, Səndən özgə sənin tüfeylin. Ey xəlvəti-qürbə şəm'i-məhfil, Cibril15 tərəddüdünə mənzil! Həqq əmri səninlə xəlqə cari, Qövlünlə ol əmrin e'tibari. Ey qiblənümayi-əhli-taət, Gəncineyi-gövhəri-şəfaət, Taci-səri-ərş xaki-payin, Şəmi-şəbi-qədr nuri-rə'yin. Ey vasiteyi-nizami-aləm, Ə'yani-vücuda sədri-ə'zəm. İrfani-sifatü zatə arif, Keyfiyyəti-kainatə vaqif! Ey zatın üçün bəşər vücudi Adəmdə sənə mələk sücudi! "Yasin" sədəfi-düri-sifatın, "Taha" güli-bustani-zatın. Ey məktəbi-danişə müəllim, Məhruseyi-hökmi-şər'ə hakim! Dərgahinə ənbiya rücui, Tə'ziminə asiman rükui. Təhsin sənə, ey xücəstə fərcam Kim, və'z qılıb təriqi-islam, Keyfiyyəti-halı rövşən etdin, Xeyrü şər işin müəyyən etdin. Əhvali-əvamirü nəvahi, Mə'lum elədin bizə kəmahi. Sən bildirdin ki, kimdir Allah, Sənsiz kim olurdu ondan agah? Gümrahları təriqə saldın, Üftadələrin əlini aldın. Faş oldu nəsihətin cəhanə, Sən qoymadın ortada bəhanə. Əmma bizə yoxdur ol səadət Kim, hifzi-təriqin ola adət. Ehmal edəriz itaətində, Təqsir ədayi-xidmətində. Hər necə ki, xud şərmsarız, Bu cürm ilə həm ümidvarız Kim, feyzi-əvatifi-əmimin Şad eyləyə könlün əhli-bimin. Asilərin olasan pənahi, Nomidlərin ümidgahi. Sənsən çü şəfii-hər məasi, Nə qəm əgər olsa kimsə asi. Gər məndə ola təmam taət, İzhar nədən bular şəfaət?