18+
реклама
18+
Бургер менюБургер меню

Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 5)

18
Hər riştə ki, həqq əyan edibdir, Sərriştəsini nihan edibdir. Bir kimsə əgər olaydı agah Kim, xəlqi necə yaradır Allah, Mümkün ki, iradətilə ol həm Xəlq edə biləydi özgə aləm. Verməz çü kəmali-hikməti-həqq Təhqiqi-rümuzə rahi mütləq, Faş oldu ki, sirri-həqq nihandır, Aləmdə nişanı binişandır.

BU, İZHARİ-E'TİRAFİ-CƏHALƏTDİR VƏ İQRARİ-İSRAFİ-MƏ'SİYƏTDİR11

Ey hikmətə baxmayan nəzərsiz, Əhvali-zəmanədən xəbərsiz! Tə'n etmə ki, çərx bivəfadır, Daim işi cövr ilə cəfadır. Şərh eylə mənə ki, çərx netdi? Ondan nə cəfa zühura yetdi? Nən12 var idi kim, əlindən aldı, Nə mərtəbədən aşağı saldı? Dövrana gətirdi mehrü mahi, Axıtdı səfidivü siyahi. Gəh atəşə zəcri-ab verdi, Gəh badə qəmi-türab verdi. Şəm'i-əməlin münəvvər etdi, Hər nə dilədin müyəssər etdi. Qıldı səni hiçdən bir adəm, Əsbabi-tənə'ümün fərahəm. Çərxin xud işi səninlə böylə; Sən neylədin onun ilə, söylə? Hər dəm onu bivəfa oxursan, "Dunsan" – deyə bəddua oxursan. Çün ol sənə qıldı mehribanlıq, Yaxşılığa eyləmə yamanlıq! Ey ruh ki, cami-cəhl edib nuş, Hübbi-vətən eylədin fəramuş, Kim saldı səni bu təng rahə, Qandan düşdün bu damgahə? Sən tərk qılıb ədəm diyarin, Bulduqda vücud e'tibarin, Qılmışdı səninlə hikmətüllah, Əcnasi-həvasü əqli həmrah. Ta aləmə gəldigin zamanda Bazari-tərəddüdi-cahanda Sərmayələrindon edəsən sud, Ol sud nədir? – Rizayi-Mə'bud. Hala ki, xəsarət oldu vaqe, Sərmayələrin təmam zaye. Heyranü mükəddərü tühidəst, Əhvalı xərabü rütbəsi pəst. Dönsən yenə gəldigin məqamə, Qabilmi düşərsən ehtiramə? Əlbəttə, zəlilü xar olursan, Bu fel ilə şərmsar olursan. Ey nəfspərəstü cismpərvər, Olma qəmi-hirs ilə mükəddər! Cəhd eylə, əzabi-gur yığma! Sə'y eylə, mətayi-mur yığma! Alma ələ sağəri-meyi-nab Kim, qərqə edər səni bu girdab! Olma nigərani-səbzeyi-bəng, K'ayineyi13-dininə salır jəng! Dəf kimi köküsdə ləhv qoyma! Ney kimi həvayi-nəfsə uyma! Damani-təriqi-şər'i tutğıl! Hər nə ki, xilafi-şər' unutğıl!