18+
реклама
18+
Бургер менюБургер меню

Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 4)

18
Bu rahdən etmək olmaz ikrah, Xoş rahdurur sənə gedən rah. Əvvəldə çü lütfün oldu mə'lum, Axır günü də həm etmə məhrum! Çün yadi-vüsal edib rəvanım, Əzmi-rəhi-qürbün edə canım, Ol ləhzə həm etmə şəfqətin kəm, Tövfiqinə qıl rəfiq hər dəm! Çün əql ilə can əmanətindir, Məndə əsəri-inayətindir, Bunları mənimlə zar qılma, Bir neçə əzizi xar qılma! Ta kim, bu məqamı tərk edəndə, Səndən yana əzm edib gedəndə, Məndən cəzə' ilə getməsinlər, Dərgahə şikayət etməsinlər. Şum olmasın onlara vüsalim, Olmasın olardan infialim.

BU, VACİBÜL-VÜCUD İSBATINA BÜRHANİ-QATE'DİR VƏ BƏQAİ-SAİR MÖVCUDATA DƏLİLİ-MANE'DİR8

Etmək gərək əhli-feyzi-biniş, Təhqiqi-vücudi-afəriniş. Bilmək gərək onu kim, cəvahir Nə gənci-nihandan oldu zahir? Nə dairədir bu dövri-əflak, Nə zabitədir bu mərkəzi-xak? Cismə ərəzi kim etdi qaim, Narə nədən oldu nur lazim? Hər xilqətə gərçi bir səbəb var, Aya, səbəbi kim etdi izhar? Gər kaf ilə nundan oldu aləm, Aya, nədən oldu kafü nun həm? Bihudə degil bu karixanə, Bifaidə gərdişi-zəmanə. Haşa ki, bu bargahi-ali Bir dəm iyəsindən9 ola xali. Haşa ki, bu türfə nəqşi-qərra Nəqqaşından ola mübərra. Fikr eylə və gör, nədir bu üslub, Nə saniədir bu vəz'i-mənsub? Hər zərreyi-zahirin zühuri Bir özgəyə bağlıdır zəruri. Gər qayətə eyləsən təəmmül, Zahir olur onda məzhəri-küll. Versən özünə fənayi-mütləq, İsbat olur ol fəna ilə həq. Gər var isə mə'rifət məzaqi, Fani sənə bəs dəlili-baqi. Həqqa ki, həmin vücud birdir, Bir zatə vücud münhəsirdir Əksidir onun vücudi-əğyar, Mə'nidə yox, e'tibar ilə var. Var olanı xəlq yox sanırlar, Yox varlığına aldanırlar. Yoxdur bu vücudun e'tibarı, Həq ayinədir, cahan qübarı. Ey əql, ədəbə riayət eylə, Bu bilmək ilə kifayət eylə! Təhqiqi-sifatə qane olğıl, Əndişeyi-zatə mane olğıl! Ol pərdəyə kimsə rah bulmaz, Təhqiq ilə, onu bilmək olmaz. Gər yetsə idi bu sirrə idrak, Deməzdi rəsul "maərəfnak”10 Xəlq oldu bu bəhri-heyrətə qərq, Ta xəlqdən ola xaliqə fərq.