18+
реклама
18+
Бургер менюБургер меню

Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 3)

18
Müstövcibi-əqlü qabili-can. Gər can isə xaki-dərgəhindir, Vər əql isə saliki-rəhindir. Mən gülşəni-can içində xarəm, Ayineyi-əqlə bir qübarəm. Nəm7 var ki, laf edəm özümdən, Məhv eylə məni mənim gözümdən. Ol gün ki, yox idi məndə qüdrət, Qıldın mənə qeybətimdə rəğbət. Can verdinü sahibi-dil etdin, İdraki-ümurə qabil etdin. Gər səfheyi-surətə misalim Çəkməzdi qəza, nolurdu halim? Hala ki, həvaləgahi-cudəm, Məqbuli-səadəti-vücudəm, Yüz şükr ki, yox sənə xilafım, İnsafım var, var e'tirafim. Öylə degiləm ki, bu aradə Sədd ola sülukim e'tiqadə; Hər ləhzə əqidəm ola zail, Tövhidinə istəyəm dəlail. Rahi-tələbində biqərarəm, Əmma tələbimdə şərmsarəm. Doğru yola getmədim, nə hasil? Bir mənzilə yetmədim, nə hasil? Hər ərsədə hər əsər ki, gördüm, Sənsən deyib ol əsər, yügürdüm; Çün verdi xəyal ona xəmü piç, Mən münfəil oldum, ol əsər hiç. Mən əqldən istərəm dəlalət, Əqlim mənə göstərər zəlalət. Təhqiq yolunda əql netsin, Ə'mavü qərib qanda getsin? Tövfiq edəsən məgər rəfiqim, Ta səhl ola şiddəti-təriqim. Gör hirsimi, istəgincə ver kam, Səndən iqbalü məndən iqdam. Elmində əyandır e'tiqadım, Sənsən, səndən həmin muradım. Dünya nədirü təəllüqati? Əndişeyi-mövtdür həyati. Əmma deməzəm yalandır ol həm, Sərmənzili-imtəhandır ol həm. Billah ki, bu dilfirib mənzil Öylə mənə verdi rahəti-dil Kim, əski məqamımı unutdum, Sandım vətənim, məqam tutdum. Müşkül gəlir indi tərkin etmək, Bir özgə məqamə dəxi getmək. Mən böylə qılırdım e'tibari Kim, bunda olur könül qərari; Bundan dəxi yey məqam olmaz, Zövqü bu yerin təmam olmaz. Əmma çü sənindürür bu göftar Kim, dünyadan özgə axirət var; Oldur ki, məqami-cavidandır, Kami-dilü rahəti-rəvandır. Göftarına e'tiqad qıldım, Ol yaxşıraq olduğunu bildim. Bildim bu imiş sənin muradın Kim, əhli-kəmal ola ibadın. Bunda yetə rütbeyi-kəmalə, Onda yetə dövləti-vüsalə. Fərz oldu bir əzmə cəzm qılmaq Me'raci-kəmalə əzm qılmaq.