18+
реклама
18+
Бургер менюБургер меню

Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 2)

18
Rəzzaqi-ərazilü əazim. Ey pərdəkeşi-rümuzi-mübhəm, Müstəhfizi intizami-aləm. Ey nəqştərazi-səfheyi-xak, Sahibrəqəmi-xütuti-əflak! Ey möhtəsibi-cihati-ərkan, Kani-gühəri-vücubü imkan! Ey məbdəi-feyzi-afəriniş, Səndən rövşən çiraği-biniş! Ey pərdeyi-masiva niqabın, Səndən özgə sənin hicabın! Ey sirri-vücudun əmri-məlum, Mövcud həmin sən, özgə mədum! Ey yeddi gülü doquz gülüstan Feyzi-kərəminlə səbzü xəndan! Ey varı yox eyləyən, yoxu var, Yox varlığında zənnü inkar! Ey şahidi-qeyb pərdədari, Fikrin güli-mə'rifət bəhari! Ey aləmə feyzi-cud səndən, Xəlqə şərəfi-vücud səndən! Ey cümlə cahan sənə rizacu, Səndən xali, səninlə məmlu! Ey şəm'i-əzəl fitiləsuzi! Bəzmi-əbəd əncümənfiruzi! Ey şirkü şərikdən münəzzəh, Sirri-əzəlü əbəddən agəh! Ey bari xudayi-aləmaray, Təhsin işinə həmin ola rə'y! Əhsəntə, zəhi həkimi-kamil! Nə şükr ola sün'ünə müqabil? Fitrət rəqəmin çəkən zamanda, Həqqa ki, bir əmri "kün fəkanda"; Höktn etdin ki, nə ola əhval, Nə vəz' ilə çizginə məhü sal. Dövran nə zamanda ola axir, Hər dövranda nə ola zahir. Necə ola fərdi-nəsli-Adəm, Hər fərdi onun nə edə hərdəm. Əşyaya çox etməzəm təhəyyür, Səndən yanadır həmin təfəkkür. Əşya əcəb olmaz olsa zahir, Çün var sənin kimi məzahir, Əmma çü sənə qədimdir zat, İdrak sənə yetərmi, heyhat! İdrakimizə kəmali-heyrət, Tövhidinə bəsdürür dəlalət. Əndişeyi-zat qılmaq olmaz, Bilmək bu yetər ki, bilmək olmaz. Ol dəm ki, urub binayi-möhkəm, Çəkdin rəqəmi-nizami-aləm, Həqqa ki, xoş intizam verdin, Arayişini təmam verdin. Etdin gərəyin gər az, gər çox, Bir nəsnə gərəkli yox ki, ol yox. Bir növ ilə eylədin mühəyya Kim, gəldi qüsurdan mübərra. Əşyadə əgərçi raz çoxdur, Ol kim ola razın onda yoxdur. Əşya necə səndən olsun agah, Əlqüdrətü vəl-bəqaü lillah.5

BU, MÜNACAT DƏRYASINDAN BİR CÖVHƏRDİR VƏ TƏZƏRRÖ' MƏ'DƏNİNDƏN BİR GÖVHƏRDİR6

Ya Rəb, kərəm et ki, xarü zarəm, Dərgahə bəsi ümidvarəm. Torpaq idim, eylədin bir insan,