18+
реклама
18+
Бургер менюБургер меню

Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 9)

18
Ta münqətə' nə gərdəd əz asibi-ixtilaf, Şod bəste bər to silsileyi-silki-ənbiya. Ba ənbiyast nesbəti-zati-to çun əlif, Həm ibtida toi behəqiqət, həm intəha. Təqdir coz rizayi-to kari nəmikonəd, Peyvəste taəti-to əda mikonəd qəza.18 Ey afitabi-zatinə hər zərrə bir nəbi, Min şər' din diyarinə hər zərrədən ziya. Sən qayəti-vücudsənü özgələr tüfeyl, Sən padişahi-mülksənü özgələr gəda. Carubi-gərdi-rəhgüzərin bali-Cəbrəil, Taqi-rəvaqü dərgahin eyvani-kibriya. Darüşşəfayi-həşrdə bimari-mə'siyət Şəhdi-şəfaətindən umar şərbəti-şəfa. Ey çaryari-kamilin ə'yani-mülki-din, Ərbabi-sidqü mə'dələtü rif'ətü həya. Dövrün bu dörd fəsl ilə bir mö'tədil zaman, Şər'in bu dörd rükn ilə bir mö'təbər bina. Ya Mustəfa, Füzuliyi-möhtacə rəhm edüb, İzhari-iltifat ilə qıl hacətin rəva.

BU, ƏRZİ-ƏDƏMİ-QÜDRƏTDİR VƏ ÜZRİ-FİQDİ-QÜVVƏTDİR19

Arayişi-söhbət eylə, saqi! Ver badə, mürüvvət eylə, saqi! Bir cam ilə qıl dimağımı tər, Lütf eylə, bir iltifat göstər! Qəm mərhələsində qalmışam fərd, Nə yar, nə həmnişin, nə həmdərd. Həmcinslərim təmam getmiş. Söz mülkündən nizam getmiş, Bu bəzmdə sən qalıbsənü mən, Bu bəzmi gəl edəlim müzəyyən! Sən ver badə, mən eyləyim nuş, Mən nəzm oxuyum, sən ona tut guş! Bir dövrdəyəm ki, nəzm olub xar, Əş'ar bulub kəsadi-əs'ar. Ol rütbədə qədri-nəzmdir dun Kim, küfr oxunur kəlami-mövzun. Bir mülkdəyəm ki, gər udub qan, Məzmuni-ibarətə çəkib can, Min riştəyə türfə lə'l çəksəm, Min rövzəyə nazənin gül əksəm, Qılmaz ona hiç kim nəzarə, Derlər gülə xar, lə'lə xarə. Ancaq deməzəm ki, xaki-Bağdad Alayişi-nəzmdəndir azad. Yoxdur bir mülk bu zamanda Kim, nəzm rəvacı ola onda: Nə Hind, nə Fars, nə Xorasan, Nə Rumü Əcəm, nə Şamü Şirvan. Olsaydı birində bir süxənsənc, Əlbəttə, əyan olurdu ol gənc. Gəncineyi-nəzm gizli qalmaz, Sanmın20 günəş olsa, nur salmaz. Kanı necə kim nihan tutar daş, Eylər onu lə'l aləmə faş. Hala məgər iqtizayi-dövran Oldur ki, ola o gənc pünhan. Dövran ilə mən nəqiz seyrəm, Dövr əhlindən məgər ki, qeyrəm. Dövran istər ki, xar ola nəzm, Biizzətü e'tibar ola nəzm, Mən müntəzirəm verəm rəvacın, Bimar isə, eyləyəm əlacın. Ol nəfyi-kəmali-hikmət eylər, Lazım bilirəm xəsarət eylər.