18+
реклама
18+
Бургер менюБургер меню

Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 16)

18
Ətvari kərihü xülqi naxoş. Təşni' oxuna olub nişanə, Bizar ola ondan atə-anə. Əlqissə, ol əfzəli-qəbail, Ol piri-həmidətül-xəsail Fərzəndə olub həmişə talib, Təhsili-bəqayi-nəslə rağib, Çox mahliqa sənəmlər aldı, Çox türfə zəminə töxm saldı. Çox nəzrlər etdi hər məzarə, Çox qıldı niyaz girdigarə, Tə'sir qılıb fəğanü ahi, Övn etdi inayəti-ilahi. Bir gecə açıldı babi-rəhmət, Buldu əsəri-dua icabət. Məqsud şəm'i münəvvər oldu, Sənduqi-əməl dür ilə doldu. Tədric ilə qıldı kilki-təqdir Nəqşi-qərəzi rəhimdə təsvir. Bər verdi nihali-baği-məqsud, Açıldı güli-hədiqeyi-cud. Çün və'də irişdi, doğdu bir ay, Xurşid rüxiylə aləmaray. Şad oldular ondan ata-anə, Şükranə verildi çox xəzanə. Əlqissə, ədəmdən oldu peyda Bir tifli-müzəkkərü müzəkka. Xurşid kimi kəmalə qabil, İsa kimi tifllikdə kamil. Ol dəm ki, bu xakdanə düşdü, Halını bilib fəğanə düşdü. Axır günün əvvəl eyləyib yad, Axıtdı sirişkü qıldı fəryad, Yə'ni ki: "Vücud dami-qəmdir; Azadələrin yeri ədəmdir. Hər kim ki, əsir olur bu damə, Səbr etsə gərək qəmi-müdamə". Olmuşdu zəbani-hali guya, Söylərdi ki: "Ey, cəfaçı dünya! Bildim qəmini sənin ki, çoxdur, Qəm çəkməyə bir hərif yoxdur. Gəldim ki, olam qəmin hərifi, Gəl, təcrübə eylə mən zəifi! Hər qanda qəm ola, qılma ehmal, Cəm' eylə, dili-həzinimə sal! Həm ver mənə qəm yemək kəmali, Həm aləmi qəmdən eylə xali! Peyvəstə məni əsiri-qəm qıl! Kəm qılma nəsibimi, kərəm qıl! Zövq ilə keçirmə ruzigarım, Fani olana yox e'tibarım. Ey eşq, qəribi-aləm oldum, Avareyi-vadiyi-qəm oldum, Tədbiri-qəm etmək olmaz oldu, Gəldim, geri getmək olmaz oldu. Səndən dilərəm mədəd ki, daim Təmkinim ola sən ilə qaim. Bu bəzmdə kim, şərabı qandır, Saqi-cəlladi-biamandır, Bir mey mənə sun ki, məstü mədhuş Daim özümü qılım fəramuş. Nə gəldigimi bilim cəhanə, Nə onu ki, necədir zəmanə. Aləm gözümə görünməyə hiç, Bu riştədə bulmayım xəmü piç".