18+
реклама
18+
Бургер менюБургер меню

Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 15)

18
Xurşidsifət cahanda zahir. Həm xas onu söyləməkdə, həm am, Həm Rum dolu adı ilə, həm Şam. Gər cudinə kimsə olsa talib, Mümkün ola lütfi qəhrə qalib. Yə'ni mənə öyrədib səxavət, Bir hacəti istəmək nə hacət? Olmuş ona xaneyi-əmarət Bu dörd bina ilə imarət. Ey dustnəvazü düşmənəndaz, Şahinrəvişü büləndpərvaz! Düzdüm sənə türfə aşiyanə, Yə'ni əbədi nişatxanə. Mə'mur edibən binayi-ali, Cənnət sifəti, İrəm misali. Ta ruzi-əbəd bunu məqam et, Bidəğdəğə işrəti-müdam et! Billah ki, degil yaman əsər bu, Gər adisə müddəa yetər bu. Mən kim, sənə olmuşam sənaxan Sultan Veysə necə ki, Səlman. Budur qərəzim ki, cavidani Adın tuta ərseyi-cahani. Ta baqi ola bu səbz gülşən, Həm mən olum əhli-zikr, həm sən.

BU, TUĞRAYİ-MİSALİ-MƏHƏBBƏTDİR VƏ DİBAÇEYİ-DİVANİ-MÖHNƏTDİR26

Dehqani-hədiqeyi-hekayət, Sərrafi-cəvahiri-rəvayət Mə'ni çəmənində gül dikəndə, Söz riştəsinə gühər çəkəndə Qılmış bu rəvişdə nüktədanlıq, Gülrizligü gühərfəşanlıq Kim: xeyli-ərəbdə bir cəvanmərd, Cəm'iyyətü izzü cah ilə fərd, Müstəcməi-cümleyi-fəzail Bulmuşdu rəyasəti-qəbail. Əmrinə ərəb mütiü münqad, Cəh Bəsrə məqamı, gah Bağdad. Bir büq'ədə olmayıb qərarı, Gəzməldə keçərdi ruzigarı. Hər ləhzə urardı ol yeganə Sərçeşmələrə siyah xanə. Seyr eylər idi sürüb tənə'üm, Gözlər izərə misali-mərdüm. Övzai-xiyami-mişkfami Xəlqə şäbi-qədrtək girami. Hər mənzilə kim, güzar edərdi, Səhrayi bənəfşəzar edərdi. Gülzarlar içrə lalə çağı, Bənzərdi evinə lalə dağı. Əmvalı cəmii-cinsdən çox, Əmma bu cəhanda varisi yox. Gər qılsa onu tələf həvadis, Yox bir xələfi ki, ola varis. Fərzəndsiz adəmi tələfdir, Baqi edən adəmi xələfdir. Nəsl ilə olur bəqayi-insan, Nəzmi-bəşərü nizami-dövran. Can cövhərinə bədəldir övlad; Övlad qoyan, qoyar həmin ad. Xoş ol ki, xələfdən ola xoşdil, Dünyada bir oğlu ola qabil. Pirayəsi ola dəstgahə, Sərmayəsi ola izzü cahə. Ah, ər ola bir səfihü sərkeş,