18+
реклама
18+
Бургер менюБургер меню

Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 14)

18
Çox kamil ona qılırdı rəğbət. Billah ki, nə xoş demiş Nizami, Bu babdə xətm edib kəlami: "Əsbabi-soxən nişatü nazəst, Zin hər do soxən bəhanəsazəst. Meydani-soxən fərax bayəd, Ta təb' süvareyi nomayəd. Dər gərmiyi-rigü səxtiyi-kuh Ta çənd soxən rəvəd bəənbuh?"24 Bir iş ki, qılır şikayət ustad, Şagirdə olur rücui bidad. Gərçi bilirəm, bu bir sitəmdir, Təklifi bunun qəm üzrə qəmdir. Əmma necə etmək olur ikrah? Bir vaqeədir ki, düşdü nagah. Yeydir yenə üzrdən şüruim, Bu işdə təvəkkülə rücuim. Ey təb'i-lətifü əqli-vala! İdraki-büləndü nitqi-guya! Düşdü səfərim diyari-dərdə, Kimdir mənə yar bu səfərdə? Hər kimdə ki, vardir istitaət, Dərdü qəmü möhnətü qənaət, Oldur bu müsafirətdə yarım, Zövq əhlinə yoxdur e'tibarım. Mərkəb gərək olsa əzmi-rahə, Bəsdir bizə xaməvü siyahə. Vər tuşeyi-rah olursa mətlub, Məzmuni-xoşü ibarəti-xub, Əzm eyləyəlim, təəllül etmən!25 Mənzil kəsəlim, təğafül etmən! Ey bəxt, vəfasız olma sən həm! Həmrahlıq et bizimlə bir dəm!

BU, SƏADƏTLİ BƏY HƏZRƏTLƏRİNİN MƏDHİDİR

Ey xameyi-sərkəşi-səbükxiz, Vəqt oldu ki, olasan gühərriz! Mən acizəmü bıı əmr müşkil, İmdad dəmidir, olma qafil! Asari-mürüvvət eylə izhar, Bir təprən, əgər mürüvvətin var! Sən qıl hünəri, mən alayım ad, Sən çək ələmi, mən olayım şad. Çün nəxli-hədiqeyi-hünərsən, Miftahi-xəzaneyi-gühərsən, Cəhd eylə çıxar cəvahiri-pak, Fikr etmə ki, yoxdur əhli-idrak! Demə ki, bolub kəsad bazar, Bulmaz bu mətaimiz xiridar. Yetməzmi sənə əmiri-kamil, Sərdari-zəmanə, Veysi-adil? Ol bəhri-ətavü kani-əltaf Kim, şə'ninə gəldi ədlü insaf. Sərdari-müəzzəmü mükərrəm, Cananeyi-mülkü cani-aləm. Zatında onun həmişə mövcud Elmü ədəbü şücaətü cud. Ədlindən əgər təraneyi-çəng Faş eyləyə bəzmdə bir ahəng, Yel şəm'ə dəxi təərrüz etməz, Pərvanəyə şəm' zülmü yetməz. Hüsni-ədəb ilə eylə mö'tad, Yanında nə vəqt qılsalar yad, Ol sözü deməz ki, ola təkrar, Ta yetməyə sayəsində azar. Üslubi-şücaət üzrə mahir,