18+
реклама
18+
Бургер менюБургер меню

Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 13)

18
Nə kim, mədhindən özgə söz demiş, ondan peşimandır. İlahi, baqi olsun daim insanpərvər iqbalı Cahani-fani içrə ta bəqayi-növ'i-insandır.

BU, SƏBƏBİ-NƏZMİ-KİTABDIR VƏ BAİSİ-İRTİKABİ-ƏZABDIR23

Saqi, tut əlim ki, xəstəhaləm! Qəm rəhgüzərində payimaləm. Sənsən məni-mübtəlaya qəmxar, Səndən özgə dəxi kimim var? Müşkül işə düşmüşəm, mədəd qıl, Mey hirzi ilə bəlamı rəd qıl! Həll eyləyə gör bu müşkülatı, Kəm etmə qulundan iltifatı! Bir gün ki, meyi-Süheyltə'sir Vermişdi mizaci-pakə təğyir, Həmrəngi-bəhar olub xəzanım, Dönmüşdü əqiqə zə'fəranım. Cəm idi yanımda ittifaqi: Sazü məzəvü şərabü saqi. Peyvəstə ləbaləbü peyapey, Nuş eylər idim qədəh-qədəh mey. Zövq üzrə mey artırırdı zövqüm, Şövq üzrə ziyad olurdu şövqüm. Ol bəzm idi afiyət bəharı, Mən bülbüli-zarü biqərarı. Bir həddə irişdi nəş'eyi-cam Kim, qalmadı əhli-bəzmə aram. Əsrari-dil oldu aşikara, Məsdud oluban dəmi-müdara. Olmuşdu rəfiqü həmzəbanım, Ayineyi-tutiyi-rəvanım Bir neçə zərifi-xütteyi-Rum, Rumi ki, dedin, qəziyyə mə'lum. Yə'ni ki, qamu dəqaiq əhli, Hər məs'ələdə həqaiq əhli, Həm elm fənində nüktədanlar, Həm söz rəvişində dürfəşanlar. Kim eylər idi həqaiqi-raz, Şeyxidənü Əhmədidən ağaz. Kim söylər idi ögüb kəlami, Övsafı-Cəliliyü Nizami. Bilmişlər idi ki, hüsni-göftar Qədrim qədərincə məndə həm var. Çün var idi məstlikdə lafım, Ta anlana sidqimü xilafım, Mən xəstəyi etdilər nişanə Bir rəng ilə tiri-imtəhanə. "Lütf eylə! – dedilər, – ey süxənsənc! Faş eylə cəhanə bir nihan gənc! Leyli-Məcnun əcəmdə çoxdur, Ətrakdə ol fəsanə yoxdur. Təqrirə gətir bu dastanı, Qıl tazə bu əski bustanı". Bildim, bu qəziyyə imtəhandır, Zira ki, bu bir bəlayi-candır. Sevdası dirazü bəhri kutah, Məzmunu fəğanü naləvü ah. Bir bəzmi-müsibəti-bəladır Kim, əvvəli qəm, sonu fənadır. Nə badəsinə nişatdən rəng, Nə nəğməsinə fərəhdən ahəng. İdrakı verər xəyalə azar, Əfkarı edər məlalı əfgar, Olsaydı təvəccöhü münasib, Tövcihinə çox olurdu rağib. Olsaydı təsərrüfündə rahət,