18+
реклама
18+
Бургер менюБургер меню

Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 12)

18
Əbrilə irağə göndərən su, Lö'lösini eyləyən cahantab, Ləbtəşnələri dür ilə sirab. Gərdun kimi lütf edəndə zahir Damən-damən tökən cəvahir. Gün kimi olanda cudə məzhər, Xərmən-xərmən nisar edən zər, Tuğrayi misali-Ali-Osman, Sultani-sipəhşikən Süleyman! Yerdə düşər olsa feyzi xakə, Tə'n eyləyə xak ruhi-pakə. Göydə nəzər etsə gər hümayə, Xurşid salır hümayə sayə. Gər şərqə ura sinani-sərkəş, Gün kimi çıxır sipehrə atəş. Gər qərbə çalarsa tiği-bürran, Gərdunə yetər şəfəq kimi qan. Dün çərx yana nigah qıldım, Nəzzareyi-lövhi-mah qıldım, Gördüm bu xəti ki, xameyi-xur Ol lövhdə eyləmişdi məstur: Yarəb ki, müzəffər ola daim Zatilə binayi-ədl qaim. Şayəstə ona sərirü əfsər, Aləmlərə ədli sayəgüstər.

BU QƏSİDƏ PADİŞAHİ-İSLAM ŞƏ'NİNDƏDİR

Zəhi-kamil ki, əqli-nüktədan dərkində heyrandır, Vücudi-bimisali intixabi-növ'i-insandır. Fələk bir dürc, onun zati-şərifi gövhəri-yekta, Cahan bir cism, onun hökmi-rəvani, filməsəl, candır. Əsasi-hökmidir, mə'nidə bir səddi-Sikəndər kim, Onun Yə'cucdur bir yanivü bir yani insandır. Binayi-qədrdir mə'nidə ol ali imarət kim, Müqərnəs taği-gərdun ol imarətdən bir eyvandır. Müzəffər daima Sultan Süleyman xani-adildir Ki, hər kim tabeyi-fərmanı olmaz – namüsəlmandır. Cahangiri ki, güntək mülk təsxirinə əzm etsə, Mühəqqər cilvəgahi ərseyi-İranü Turandır. Səxi təb'i, mürüvvət pişeyi kim, bəhri-əltafi Təməvvüc qılsa mövcü fəqr bünyadinə tufandır. Kəminə kimsəyə kəmtər ətasi hasili-dərya, Mühəqqər məclisə bəzli-həqiri bəhreyi-kandır. Vücudi-pak ilə Həq rəhmətidir aləmə nazil, İtaət əhiinə göstərdiyi ədl ilə ehsandır. Süleyman bargahidir yəqin heybətli dərgahi Kim, onda divlər tabe, pərilər bəndəfərmandır. Müəzzəm ləşkəridir bir bulud kim, düşmənə ondan Firəngilər sədası rə'd, toplar daşı barandır. Səməndi səgridəndə lame' olmuş əxtəri-Saqib, Sipahi dəprənəndə mövcə gəlmiş bəhri-Ümmandır. Səfərdə çəkmək üçün həşmətü iqbal əsbabın, Ərabə ərş lövhi, ordusu gərduni-gərdandır. Zəmanində yetib cəm'iyyəti-əsbabə ariflər, Olub dərhəm həmin məhbublar zülft pərişandır. Xəlayiq sübhtək xəndan olub mehri-cəmalindən, Dili-suzan ilə dövründə ancaq şəm' giryandır. Həvadisdən məcazi-mülk tə'mirinə imkan yox Kəmali-ədl ilə ta mülkə Osman oğlu sultandır. Bihəmdüllah, bu gün xövfü xətadan şər' namusun Bulub tövfiqi-nüsrət saxlayan Sultan Süleymandır. Nişani-feyzdir ol nüsrətü iqbal kim, hala Nə yan kim, əzm qılsa rəhbəri tə'yidi-Yəzdandır. Dilü candan Füzuli əzmi-iqbalinə ol şahın, Rizayi-Həqq üçün daim duaguyi-sənaxandır. Çü oldur hamiyi-islam, vacibdir onun mədhi,