18+
реклама
18+
Бургер менюБургер меню

Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 17)

18
Dayə onu pak qıldı qandan, Qaldırdı bu tirə xakdandan. Qüslün verib abi-çeşmi-tərdən, Süd yerinə verdi qan cigərdən. Əqvamü qəbaili olub şad, Ol növrəsə Qeys qoydular ad. Can ilə qılırdı dayə e'zaz, Əsbabi-kəmali-tərbiyət saz. Lakin, ol edib həmişə nalə, Xoşnud degildi heç bu halə. Ə'zasın edib əlilə əfgar, Eylərdi müdam naləvü zar. Süd içsə sanırdı kim, içər qan, Əmcək görünürdü ona peykan. Yox idi firib ilə qərarı, Yanında firibin e'tibarı. Bir gün onu gəzdirirdi dayə, Dərdini yetirməyə dəvayə, Bir evdə məgər ki, bir pərivəş Ol tifli bəsi görüb müşəvvəş, Rəhm etdi, əlinə aldı bir dəm, Tifl onu görüncə, oldu xürrəm. Hüsnünə baxıb qərar tutdu, Fəryadü fəğanını unutdu. Olduqca əlində, oldu xəndan; Düşdükdə əlindən, oldu giryan. Mahiyyətini çü dayə bildi, Ol mahı ona ənis qıldı. Oldu bu dəxi onunla mö'tad, Nə dayə, nə anə eylədi yad. Zatında çü var idi məhəbbət, Məhbubu görüncə tutdu ülfət. Eşq idi ki, oldu hüsnə mail, Hüsnü nə bilirdi tifli-qafil. Mə'lum idi əhli-halə ol hal Kim, nüsxeyi-eşqdir bu timsal. Əlbəttə, bu tifli zar edər eşq, Aşüftəyi-ruzigar edər eşq. Əlbəttə, qılır bu sübh təsir, Xurşid çıxıb olur cahangir. Çün tərbiyəti-ədibü dayə Verdi əsəri-təmam ol ayə, Gün-gündən edib kəmal hasil, Ol mahi-növ oldu bədri-kamil. Gəldikcə meyi-vəfadan əyyam, Hər dövrdə sundu ona bir cam. Ta qıldı onu təmam sərməst, Tədric ilə dami-eşqə pabəst. Çün sür'ət ilə dönüb zəmanə, On yaşinə yetdi ol yeganə; Atasına müqtəzayi-adət Fərz oldu ki, onu edə sünnət. Cəm' etdi əhaliyi-diyari, Hər sahibi-izzü etibari; Bəzl eylədi ol qədər zərü sim Kim, yetdi qiyasə fərqdən bim. Xəlq onda görəndə kəsrəti-mal, Bim oldu ki, mün'əkis ola hal. Ol safzəmir, pakməşrəb Bir bəzmgəh eylədi mürəttəb Kim, görmədi onu çeşmi-sağər, Cəmşiddən özgəyə müyəssər. İtmamə yetib təriqi-sünnət, Tə'limi-ülumə yetdi növbət. Əsbab ona eyləyib mürəttəb,