18+
реклама
18+
Бургер менюБургер меню

Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 18)

18
Verdilər onunla zibi-məktəb.

BU, BÜNYADİ-BİNAYİ-BƏLADIR VƏ MÜQƏDDİMEYİ-ƏLƏMİ-İBTİLADIR27

Məktəbdə onunla oldu həmdəm Bir neçə mələkmisal qız həm. Bir səf qız oturdu, bir səf oğlan, Cəm' oldu behiştə hurü qılman. Oğlanlara qızlar olsalar yar, Eşqə bulunur rəvaci-bazar. Qız nərgisi-məst edib füsunsaz, Oğlana satanda işvəvü naz Oğlan necə səbr pişə qılsın? Vər28 səbri həm olsa, nişə qılsın? Ol qızlar içində bir pərizad Qeys ilə məhəbbət etdi bünyad. Bir türfə sənəm ki, əqli-kamil Gördükdə onu olurdu zail. Zülfeyni-müsəlsəli girehgir, Can boynuna bir bəlalı zəncir. Əbrusi xəmi bəlayi-üşşaq, Həm cüft lətafət içrə, həm taq. Hər kipriyi bir xədəngi-xunriz, Peykani-xədəngi qəmzeyi tiz. Dəryayi-bəla cəbini-paki, Çin cünbüşi mövci-səhmnaki. Çeşmi-siyəhinə sürmədən ar, Hindusinə sürmə həm giriftar. Rüxsarinə rəngi-ğazədən nəng, Hərgiz ona ğazə verməmiş rəng. Göz mərdüməgindən olsa xali, Göz mərdüməgi olurdu xali. Lə'lü düri göstərirdi hərdəm, Övraqi-gül içrə iqdi-şəbnəm. Əbvabi-təkəllüm etsə məftuh, Əmvatə verərdi müjdeyi-ruh. Şümşadi-lətifinə mürəkkəb, Sibi-zənəxü turunci-ğəbğəb. Əndami lətifeyi-ilahi, Dəryayi-lətafət içrə mahi. Şəhbaz baxışlı, ahu gözlü, Şirin hərəkətli, şəhd sözlü. Rahü rəvişi müdam qəmzə, Başdan-ayağa təmam qəmzə. Ayruqca şəklü xoşca peykər, Yaxşıca sənəm, gözəlcə dilbər. Aləm səri-muyinin tüfeyli, Məhbubeyi-aləm, adı Leyli. Qeys onu görüb həlak oldu, Min şövq ilə dərdnak oldu. Ol nadirə həm ki, Qeysi gördü, Min zövq bulub, özün itirdi, Gördü ki, bir afəti-zəmanə, Misli dəxi gəlməmiş cəhanə.

BU, SİFƏTİ-MƏCNUNDUR VƏ İBTİDAİ-MÖHNƏTİ-FÜZUNDUR29

Bir dilbəri-sərvqəddü gülruy, Sərvi-xoşü gülrüxü səmənbuy. Şirin ləbi – mənşəi-lətafət, Rə'na qədi – durduğilə afət. Övsafi-lətafətində söz çox, Əltafi-məlahətində söz yox. Şəhla gözü – nərgizi-pürəfsun, Ziba qaşı – nərgis üzrəki nun. Hüsni gülü laleyi-şəfəqfam, Zülfi xəmi – lalə üzrəki lam. Ağzı sifətin xud etmək olmaz, Əsrari-nihanə yetmək olmaz.