18+
реклама
18+
Бургер менюБургер меню

Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 20)

18
Könlünü qılırdı Qeys xürrəm. Qəsdən unudurdu dərsin ol zar, Leyliyə deyirdi: "Ey vəfadar! Hifzi-səbəq etdi bağrımı xun, Məndən bilirəm, bilirsən əfzun, Mən bilmədigim mənə oxutgil, Dərsim oxuyam qulaq tutgil!" Çün lövhələr üzrə xət yazardı, Əmdən xətini qələt yazardı. Yə'ni ki, xəta təvəhhüm edə, Ol gül açılıb təbəssüm edə, Göftarə gələ ki: "Bu, qələtdir, Tərk et ki, xilafı-rəsmi-xətdir!" Ola səbəbi-təkəllümi-yar, Fəhm etməyə müddəayi əğyar. Ətfal qılanda dövr bünyad, Vari30 belə eyləyəndə fəryad, Ol, yarına ərzi-hal edərdi, Özgə dövrün xəyal edərdi. Qılmazlar idi sözünü mə'lum, Bilməzlər idi sözünə məfhum. Məktəbdən olan zamanlar azad, Vəsl üçün edərdi hiylə bünyad: Qəsd ilə nihan edib kitabın, Həddən aşırardı iztirabın, Leyli yolunu tutub durardı, "Sən gördün ola?" – deyib sorardı. Yə'ni bu bəhanə ilə bir dəm, Yarın görə, ola şadü xürrəm. Elmi-xətə ömrün eyləyib sərf, Məşq etmiş idi həmin iki hərf: Bir səfhədə "lam"ü "ya" mükərrər Yazardı, onu qılardı əzbər31 Kim: "Bu iki hərfdir muradım, Rövşən bular ilədir səvadım".

BU, LEYLİYƏ ANASI İTAB ETDİGİDİR VƏ BƏHARİ-VƏSLİNƏ XƏZAN YETDİGİDİR32

Çün məkr ilə Qeysi-bədsərəncam, Bir neçə zaman keçirdi əyyam. Tədbir ilə eşq zövq verməz, Tədbir diyari-eşqə girməz. Eşq ilə riya degil müvafiq, Rüsvay gərək həmişə aşiq. Dildən-dilə düşdü bu fəsanə, Faş oldu bu macəra cəhanə Kim: "Qeys oluban əsiri-Leyli, Leyli dəxi salmış ona meyli". Tədrici-məbadi ilə nagah Leylinin anası oldu agah, Odlara tutuşdu, yasə batdı, Ol qönçədəhanə dil uzatdı. Yanar od olub, çəkib zəbanə, Ol gülrüxə dedi yanə-yanə: "K'ey33 şux! Nədir bu göftügulər, Qılmaq sənə tə'nə eybculər? Nəyçün özünə ziyan edirsən? Yaxşı adını yaman edirsən? Nəyçün sənə tə'nə edə bədgu? Namusuna layiq işmidir bu? Nazik bədən ilə bərgi-gülsən, Əmma nə deyim ikən yünülsən! Lalə kimi səndə lütf çoxdur, Əmma nə deyim, üzün açıqdur. Təmkini cünunə qılma təbdil! Qızsan, ucuz olma, qədrini bil! Hər surətə əks kimi baxma.