18+
реклама
18+
Бургер менюБургер меню

Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 22)

18
Mən sadəzəmir tifli-sadiq; Bilmən nədir ol bədisə məzmun? Söylə, necə olmayım digərgun? Eşqin qılmazdı kimsə yadın, Ha səndən eşitdim indi adın. Billah, nədir, anə, eşqə məfhum? Bu sirri-nihanı eylə məlum! Hadiyi-rəhi-muradım olğıl, Bu işvədə ustadım olğıl! Mən məktəbə rə'yim ilə getmən, Bir şüğli xilafi-rə'yin etmən. Həm sən dərsən ki: "Məktəbə var!" Həm dersən sən ki: "Getmə, zinhar!" Qanğı sözə e'tiqadım olsun? Sənə necə e'timadım olsun? Mən həm degiləm bu zəcrə qail Kim, hərdəm olub çiraği-məhfü, Nacinslər ilə həmdəm olam, Bir yerdə müqəyyədi-qəm olam. Hər didədən edə-edə pərhiz, Övqat keçə küdurətamiz. Peyvəstə müəllim eyləyib cövr, Gahi səbəq oxuda, gəhi dövr. Billah mənə həm bu idi məqsud, Məktəbdə olurmu tifl xoşnud? Ayrıq bu sözü mükərrər etmə, Lütf eylə, məni mükəddər etmə!" Çün ana eşitdi bu cəvabi, Tərk etdi şikayətü itabi. Şəksiz ona rövşən oldu k'ol35 mah, Aşiqlikdən degildir agah Bihudədir ol qamu fəsanə Kim, aşiqdir filan fılanə. Çün vaqeə şək məhəlli oldu, Ol vaqeədən təsəlli oldu. Leyli həm oturdu evdə naçar, Düzdü sədəfinə dürri-şəhvar… Bir bürcdə sabit oldu əxtər, Məhbusi-xəzanə oldu gövhər. Lə'l oldu əsiri-sineyi-səng, Həbs oldu gülabə şişeyi-təng. Qəmdən siyəh oldu ruzigarı, Nomid36 dili-ümidvarı. Ah eylər idi, vəli, nə hasil? Ol yel açamazdı qönçeyi-dil. Göz yaşı tökərdi, leyk nə sud, Bitməzdi onunla nəxli-məqsud. Zülfi kimi piçü tabə düşdü, Heyran qalıb iztirabə düşdü. Ağzı kimi xülqün etdi qəm dar; Çeşmi kimi cismi oldu bimar. Nə dərdini saxlasa, qərari, Nə şərhi-qəm etsə, qəmküsari. Fanusi-xəyalə döndü ol şəm', Könlünü qılıb xəyal ilə cəm', Hərdəm çəkib ol qəm içrə min ah, Səbr etdi zərurət ilə ol mah. Dərd ilə düzüb təraneyi-qəm, Bu bir qəzəli oxurdu hər dəm:

QƏZƏLİ-LEYLİ

Fələk ayırdı məni cövr ilə cananımdan, Həzər etməzmi əcəb, naləvü əfğanımdan? Oda yandırmasa gər şö'lə ilə nöh fələki, Nə bitər atəşi-ahi-dili-suzanımdan? Qəmi-pünhan məni öldürdü, bu həm bir qəm kim,