реклама
Бургер менюБургер меню

Mirzə Ələkbər Sabir – Məktəb şagirdlərinə tohfə (страница 7)

18
Kişi ol, dağ qopar həmiyyət ilə! Xassə, icrayi-əmri-millətdə Pişkam83 ol kəmali-cürət ilə! Vətən uğrunda, millət eşqində Bəzli-can84 et xülusi-niyyət85 ilə! İş apar, baş gedərsə, qoy getsin… Ad qalır, bəs deyilmi, millət ilə?!

MOLLA NƏSRƏDDİNİN YORĞANI

Gecə yatmaq zamanı çatmış idi, Molla Nəsrəddin evdə yatmış idi. Nagəhan86 küçədən ucaldı səda, Vurharay düşdü, qopdu bir qovğa. Molla, çiynində yorğanı, dərhal Küçəyə çıxdı müztərib-əhval87. Gördü bir yanda bir ağır dəstə, Sanki minmiş adamlar üst-üstə. İstədi dəstəyə tərəf getsin, “Bu yığıncaq nədir”, – sual etsin. İşbu əsnadə88 bir nəfər tərrar89 Yorğanı qapdı nagəh, etdi fərar90. Molla bu qissədən pərişanhal Evinə döncək övrət etdi sual: “De görüm, küçədə nə var, a kişi? Bu nə dəvadır91, anladınmı işi?” Dedi: “Yorğan üçün imiş bu təlaş, Aldılar yorğanı, kəsildi səvaş”.

UŞAQ VƏ PUL

Küçədən bir çocuq yüyürdü evə, Bir bumajnik bulub dedi bu nevə: “Ana, gəl, gəl ki, dövlətə çatdıq, Pullu olduq, səadətə çatdıq!” Dedi xatun ki: “Söylə, ey fərzənd92, Noldu kim, olduq indi dövlətmənd93? Görəyim, ver, nədir, nədir bu, oğul?” Dedi: “Buldum bunu içi dolu pul; Yol gedən bir qoca kişi nagah Düşürüb keçdi, olmadı agah. Görmədən kimsə mən qoşub aldım, Tez qaçıb kəndimi evə saldım”. Anası oğlunun cinayətini Görərək zahir etdi nifrətini; Dedi: “Oğlum, nə sərd94 imiş qanın Ki, buna razı oldu vicdanın? Tifli-məsum95 ikən günah etdin, Kəndi vicdanını təbah etdin96. Niyə verdin fənayə doğruluğu, İrtikab97 eylədin bu oğruluğu? Hiç zənn etməm, özgənin mali Bizi zəngin qılıb, edə ali. Yox, yox, oğlum, inan ki, xar98 oluruz! Ərzəli99-əhli-ruzigar oluruz! Xain olsaq əgər bu dünyadə, İrzü100 namusumuz gedər badə; Gözümüz müntəhayi101-zillətdən Baxamaz kimsəyə xəcalətdən; Gərçi pul çox fərəhfəzadır102, oğul, Leyk namus pək103 bəhadır, oğul!”

İSKƏNDƏR104 VƏ FƏQİR

Gün önündə bir acizü müztər105 Yol kənarında tutmuş idi məqərr106. Ona bir çox milçək daraşmış idi, Yazığın haləti qarışmış idi. Əzəmətlə keçərkən İskəndər Onu görcək tərəhhüm107 etdi məgər: “Ey fəqir, ehtiyacını göstər,