Söyləmə kim, fələk qəzasıdır ol,
Tutduğun işlərin cəzasıdır ol”.
MOLLA NƏSRƏDDİN VƏ OĞRU
Mollanın börkünü çalıb oğru,
Yüyürüb qaçdı bir bağa doğru.
Baxmadı oğrusu gedər nərəyə, –
Özü ancaq yüyürdü məqbərəyə.
Mollanı gördülər durur orada,
Dedilər: “Durmusan neçin burada?”
Dedi: “Bir oğru börkümü çaldı,
Qaçdı getdi, başım açıq qaldı”.
Dedilər: “Oğru qaçdı, getdi bağa,
Burada boş oturma, dur ayağa,
Bağa doğru get, eyləmə ehmal128,
Oğrunu tap o yerdə, börkünü al”.
“Nəmə lazım, – dedi ki, – bağ haradır,
Oğrunun aqibət yeri buradır”.
HÖRÜMÇƏK VƏ İPƏKQURDU
Bir hörümçək özün öyüb durdu,
Dedi fəxr ilə: “Ey ipəkqurdu,
Nə kəsalətlə129 iş görürsən sən?
Niyə bunca ağır hörürsən sən?
Gəl mənim sənətimdə sürətimi
Görüb, iqrar qıl130 məharətimi…
İşə gircək tamamını hörürəm,
Az zamanda necə çox iş görürəm”.
Baxdı, güldü ona ipəkqurdu,
Sərzəniş131 etdi, tənələr vurdu;
Dedi: “Bərfərz132 olsa hər yerdə,
Toxuyursan böyük, kiçik pərdə.
De görək, onların nədir səməri?
Bəlkə də, hər kəsə çatır zərəri!..
Leyk məndə yox isə də sürət,
Yapdığım işdə var ağır qiymət.
Aləmə faidə verir karım,
Hər kəs istər ola xəridarım133!”
ARTIQ ALIB, ƏSKİK SATAN TACİR
Bir nəfər tacir öz dükanında
Oğlunu saxlayırdı yanında.
Eləyirdi qəribə dadü sitad134:
Satdığında – kəm135, aldığında – ziyad136.
Məkrü təzvir137 idi onun hər işi,
Düz deyildi bütün alış-verişi.
Atanın şüğlünə138 olub adi,
Gördüyün öyrənirdi övladi.
Bir gün öz dərdinin ilacı üçün,
Getdi tacir bir ehtiyacı üçün.
Oğlu gördü ki, vəqti-fürsətdir:
“Dəxli soysam, – dedi, – qənimətdir”.
Əli dəxl139 içrə, gözləri nigəran,
Atası bir tərəfdən oldu əyan.
Daralıb büsbütün cəhan gözünə,
Vurdu bir silli oğlunun üzünə.
Gördü bir pir, xeyli təcrübəkar,
Dedi: “Etmə əbəs buna azar.
Əkdiyin danənin budur səməri,
Səndən əxz eyləyib140 həmin hünəri.
Lövhi-safında141 tifli-məsumun,
Münəkisdirsə142 batini-şumun143;
Çəkdiyin nəqşdir bu nəqşi-xəta144,
Vermə isnadın oğluna əbəda.
Tərbiyət müstəhəqqdir145, övlad
Pədərindən nə görsə, eylər yad.
Xah əmri-qəbih146, xah cəmil, –
Edər övlad cümləsin təhsil.