реклама
Бургер менюБургер меню

Mirzə Ələkbər Sabir – Məktəb şagirdlərinə tohfə (страница 8)

18
İstə məndən nə xatirin istər! Dərdini söylə ta dəva edəyim, Nə isə hacətin108 rəva edəyim!” “– Padşahim, sənə rica edərim: Bu milçəklərdən iştika109 edərim; Hökm qıl, ta uçub da getsinlər, Məni bir ləhzə110 rahət etsinlər”. “– Pah, adam, hacət istə də bari Ki, ona hökmümüz ola cari. Əbəda yox bu işdə imkanım, Deyil onlar mütiyi-fərmanım”. “Padşahim, bu əczin111 ilə əcəb Mənə dersən ki, hacət eylə tələb? Halbuki çox nəhifdir112 bunlar, Hər sinifdən zəifdir bunlar. Yox ikən səndə bir ufaq qüdrət, Mən nasıl səndən istəyim hacət?” Ey oğul, hacəti xudayə dilə, Dərdini zati-kibriyayə113 dilə. Cümlənin dərdinin dəvası odur, Acizin, qadirin xudası odur.

AZARLI KƏNDÇİ

Xəstə olmuşdu bir nəfər dehqan114, Gecə-gündüz edirdi ahü fəğan. Gəldi həmsayəsi115 əyadətinə, Qonşuluq həqqinin rəayətinə; Dedi: “Həmsayə, var nəyə meylin, Nə yeyərsən, nə istəyir könlin?” Dedi: “Əzbəs116 ki, halətim yoxdur, Yeməyə hiç rəğbətim yoxdur”. Dedi: “Meylin olurmu aluyə117, Təmi meyxoş, qızıl gəvaluyə?” Dedi dehqan: “Əcəb, əcəb, yeyərəm, Sənə min dəfə “çox sağ ol” deyərəm”. Dedi: “Qışdır, hənuz, həmsayə, Meyvə fəsli deyil, dayan yayə”. Dedi dehqan: “Nəinki yayə qədər, Bəlkə, sağ qalmaram bir ayə qədər. Məni tezdən əcəl təri bürüyər, Yay olunca sümüklərim çürüyər”. İşbu təmsilə məzhəriz118 biz də, Xəstə dehqanə bənzəriz biz də; Əğniya119 görcək ehtiyacımızı Göstərir bizlərə ilacımızı; Söyləyirlər ki, var həmiyyətimiz, Qoymarız puç ola cəmaətimiz. Hər kəs öz rəyini deyir məqul120, Ta ki söhbət olur, yığılsın pul, Dərmiyan121 eylədikdə “pul” sözünü Hər kəs işdən kənar edir özünü. Söyləyir, vəqt yox bu təşkilə, Bu işi saxlayaq gələn ilə…

CAMUŞÇU VƏ SEL

Bir kişi saxlayırdı bir camuş, Su qatırdı südə, edirdi füruş122. Yağdı şiddətlə bir yağış nagah, Kişinin vəzi123-hali oldu təbah124. Tutdu dünyanı sellərin cuşi, Dər-zəman125 aldı, getdi camuşi. Kişi ağlar göz ilə qıldı fəğan; Söylədi oğlu: “Ağlama, baba can! Çünki su südlərə tüfeyl oldu126, Qatdığın su yığıldı seyl127 oldu. İndi camuşunu apardı isə, Başına məhşəri qopardı isə,