реклама
Бургер менюБургер меню

Гусейн Джавид – Azər (страница 4)

18
Rast gəlib bir sarışın qızcığaza, Gördü, ağlar da silər göz yaşını… Dedi: “Yavrum, bu nə? Qaldır başını, Söylə dərdin nə?..” Çocuq iç çəkərək Dedi: “Annəm, ögey annəm döyəcək, Verəcək bəlkə müəllim də cəza!..” Dur, niçin?                                    -Sorma!                                    -Bu hiç oldumu ya!? -Ah, qapıb qaçdı əlifbamı dəmin Bir sokaq yavrusu, çapqın, miskin! -Ya baban yoqmu?                                    O, işdən qovulan Bir fəqir işçi, səqət bir insan. Hiç məraq etmə, quzum, iştə para, Sağalır elm ilə hər türlü yara. Oqşayıb Azər onun saçlarını, Dedi: “Get, bilgi al, öyrən yarını.” Bir fərəh gəldi qızın gözlərinə, Utanıb durdu… təşəkkür yerinə O soluq çöhrə gülümsündü həzin, Qoşaraq getdi kitab almaq için. Bunu gördükdə uzaqdan yaramaz Bir çocuq olmaz on üçdən yaşı az Soqulub Azərə həp əl açaraq: Para ver, bən də acım söylədi baq! Sağlam insanda bu adət nə idi? Baqdı Azər ona heyrətlə, dedi: “Sana layiqmi dilənmək, ay oğul! Durma get, haydı, çalış, bir iş bul.” Öylə boş sözləri dinlərmi çocuq? Sırıtıb izliyor, ayrılması yoq. Qaldı Azər şu sırıtqanlığa mat, Ona eşq etdi bir atəşli tokat. Seyr edənlər bunu həzm etmədilər, “Mərhəmətsiz, qaba insan!..” dedilər. Dinləyib onları Azər gülərək Dedi: Əzdad ilə doğdum, gerçək. Bir əlim iştə su, atəş bir əlim, Çarpacaq qəlbim, əgər sussa dilim. Acıdım gərçi dəmincik birinə, Sonra atdım da toqat digərinə. Sizi, yoq şübhə ki, ürkütdü bu hal, Nə yaparsın, həpiniz kor, abdal! Öylə quş var ki, yiyorlar ətini, Quş var, ət ver də, duyar ləzzətini. Bir toqat var, doyurur ac qarını, Mərhəmət var ki, zəhərlər yarını.

MƏSCİDDƏ

Bir gün Azər dolaşırkən… yüksək, Ulu bir məbəd önündən keçərək, Baqdı savrulmada hər pəncərədən Duyğusuz göylərə çığlıq, şivən. Pək məraq etdi, həmən girdi o da, Şaşırıb durdu, nə dəhşət, əcəba!? Toplaşıb bir yerə ipsiz dəlilər; Kimi gürlər, kimi sızlar, inlər. Kimi bir yanda çamurlar yüzünü, Kimi dırnaqla didər qaş-gözünü. Biri küllər savururkən başına, Yalvarır digəri həp göz yaşına. Kimi bir daş, kimi zəncir alaraq Qəhr edər kəndini; gözlərdən iraq!.. Fırlayıb minbərə bir şeyx o zaman “Əlverir söylədi fəryadü fəğan.