реклама
Бургер менюБургер меню

Гусейн Джавид – Azər (страница 3)

18
 Acı duydum hər kölgədən.  Bir yoqsulum, hər diləyim  Diz çökdürür zənginləri.  Bir arifim, bilmədiyim,  Aşar durur ənginləri.  Bən mülayim bir dənizim,  Atəşlidir dalğalarım.  Sülhə qoşan bir acizim,  Əskik olmaz qavğalarım.  Bir avcıyım, eşq umarım  Hər ahunun gözlərindən.  Dərd əhliyim, rəmz anlarım  Hər şairin sözlərindən.  Bir aşiqim, feyz alırlar  Bəndən irfan çobanları.  Bir çobanım, qaval çalar,  İnlətirim vicdanları.  Bən əbədi hürriyyətin  Sevdalı bir cilvəsiyim.  Anlaşılmaz bir xilqətin  Parlar, sönər şöləsiyim. Süzərək Azəri heyran-heyran, Bir rica eylədi rəssam ondan, Göstərib bir qocaman daş, dedi: “Gəl, Yapayım rəsmini, bir baq, nə gözəl!? Seyrə dal sən yeni doğmuş Günəşi, Nə də xoş mənzərə!.. Baq, varmı eşi? Doğuyor sanki dənizdən bir qız, Həm də altın saçı yaldız-yaldız.” Güldü Azər, oturub daldı həmən, Fərq olunmazdı o bir heykəldən. Bitirib levhəyi yorğun rəssam: Qalq, əzizim! dedi qalq!.. İştə tamam!.. Bir qadar aqça da ikram etdi. Süzdü Azər onu heyrətlə, dedi: – Arqadaş! Aqça niçindir əcəba! O sənin rəsmin için…                                    ha, ha, ha!.. Güldü, həp güldü… baqıb rəsmə dedi: “Nə Günəş!? Sanki baqır bir təpsi… Hələ gözlər!.. Şu bənim gözlərimin, Söylə, mənası nədir? İnsaf için. Bənziyor yapdığın Azər guya Buzlar üstündə şaşırmış çocuğa. Deyəcək yoq şu mübarək dənizə, Acırım sərf edilən səyinizə. Seyr edənlər şu gözəl levhənizi Bəni yoq, bəlkə görür onda sizi. Sanki ölgün boyalardan nə çıqar!? Burda sənətdən iraq hər şey var. İncəsənət dediyin pək tənnaz Bir gözəl qız ki, çabuq ram olamaz. Başqadır ondakı həşmət, əzəmət, Bir təsadüflə yaqın gəlməz, əvət. Bəlkə yıllarca dayansan nazına, Sadə, bir kərrə gülümsər o sana. Yoqsa əzmində əgər səbrü səbat, Boş əməkdir çəkiyorsun, heyhat!..” Süzdü rəssam onu altdan-yuqarı, Saçaraq gözləri kin dalğaları. Alıb əşyasını nifrətlə, həmən Qaçdı hiddət köpürən sahildən. Ondan ayrılmayaraq Azər də Girdi is3 yağdıran Altın şəhərə4. Həp yürür, həp düşünürkən… yolda