реклама
Бургер менюБургер меню

Гусейн Джавид – Azər (страница 2)

18
Artıq o sönük çərçivə şən Azəri sıqmış, Səyyah olaraq Ayla bərabər yola çıqmış… Sevdirmiş içindən ona bir cilvə həyatı, İnsanlara qoşmaq və qavuşmaq dilər əlan. Duymaq və duyurmaqda bulur zevqi, nişatı, Yalnızlığa, ıssızlığa qəlbən edər isyan. İstər bulut olsun da dənizlər kibi aqsın, İstər Günəş olsun da qaranlıqları yaqsın. İştə aydın və sərin yaz gecəsi Veriyor Azərə uçmaq həvəsi, Asmalıqdan yürüyor rəqs edərək, Hər bəyaz kölgə birər canlı çiçək… Nəşədən səndələyən hər yapraq Sallanır sanki gümüş bir leylaq. İncə, yaldızlı, sədəf qumlardan Keçiyorkən… Ona heyran-heyran Busələr ərz edərək baqdı gülər Ta uzaqdan çökən atəşkədələr. Daldı röyalara etdikcə məraq - Əski məbudları xatırlayaraq. Yürüyor, həp yürüyorkən Azər Duydu sahildə dərin zümzümələr. Sanki hər zümzümə eylər ilham, Gecənin ruhuna bir tatlı pəyam. Bütün əşya hərəkətsiz, səssiz, Yalnız inlər kibi sevdalı dəniz. Dalğacıqlar öpüşüb titrərkən Baqışırlardı göyün gözləri şən, Yol uzun… yolçu yorulmuş artıq, Dinlənib durdu saatlarca… yazıq! O dəmin gördüyü dilbər mehtab, Xasta bir çöhrəyə bənzərdi xərab. Ona dan yıldızı bakir bir qız Kibi heyrətlə gülümsər yalınız. İştə üstün gəliyor zülmətə nur; Bəlli, bəsbəlli – səhər yaqlaşıyor. Sönüyor can çəkişən yıldızlar. Azər açmış da qanat sanki uçar, O, Günəşdən daha əvvəl oyanan, Canlanan şəhrə yanaşmış əlan. Bir yeşil bağça ki, sahil boyuna Nəşə sərpərdi, həmən qoşdu ona. Seyr edib bağçayı dinləndi bir az, Serçələr, gördü, edər razü niyaz. Həpsi birdən ötüşüb qaynaşaraq Ninnilər söylədilər oynaşaraq. Qopdu bir ləhzədə çığlıq, tufan, Hər ağac dalğası bir başqa cihan… Bunca alqışlara bais yalnız Şu dənizdən doğan altın bir qız. … İştə dalmış duruyor bir rəssam,    O da almaqda Günəşdən ilham, Durmadan yalvarıyor fırçasına, Yazıyor, həp pozuyor… Sanki ona Gəldi yorğunluğa bənzər bir hal, Süzərək Azəri zənn etdi xəyal: Bət-bəniz yoq, gözü düşmüş çuqura, Bəlkə vurğun kibi bir şey… Olur a! Xayır, alnında zəka şöləsi var, Bəlli, ilhamını bir eşq oyalar. Sordu: “Kimsin, nerədənsin, əhbab!?” Ona Azər gülərək verdi cavab.  Bən yetişdim atəşlə su  Öpüşdüyü bir ölkədən.  İzliyorkən sevgi yolu