реклама
Бургер менюБургер меню

Гусейн Джавид – Azər (страница 1)

18

Hüseyn Cavid

Azər

DÜŞÜNDÜM Kİ…

Düşündüm ki, əməl çəmənzarında Açar qızıl güllər, zümrüt yapraqlar; Düşündüm ki, ömrün ilk baharında Al şəfəqlər saçar qonça dodaqlar. Düşündüm ki, susar qanlı tufanlar, Keçər zalım fırtınalar, böhranlar, Çəkilir dumanlar, sönər vulkanlar, Ninni söylər bana coşqun ırmaqlar. Düşündüm ki, bitər hicran dəmləri, Unutdurur canan həp sitəmləri. Gülzarı süslərkən xoş qədəmləri Boyun bükər mənəkşələr, zanbaqlar. Yazıq!.. Ortalığı zülmətlər aldı, Ölüm yarı yardan aralı saldı, Həsrətlər içində ruhum bunaldı, Qanatdı gönlümü xain dırnaqlar. Ey səhər yıldızı, ey yosma dilbər! Utanma gül, bunca nazlanış yetər. Gül!.. Sussun bülbüllər, qızarsın güllər Hər gülüşündən, hər sözündən, ay qız! Gözlərimdə dünya gülər, sən gülsən; Qiyamət olmaz ki, insafa gəlsən!? Aləm bilir, nələr çəkdim, ah, bilsən, Nələr çəkdim sənin yüzündən, ay qız! Nazlı xuramanı seyr etdikcə bən, Vurğun gönül rəqs edər sevincindən, Olmazmı aşiqə bir busə versən O ahu baqışlı gözündən, ay qız!?

AZƏR DÜŞÜNÜRKƏN…

Azər düşünür… Bəlkə otuz yıldır o hər an Düşkün bəşərin eşqini, fəryadını inlər. Yaqdıqca yaqar beynini bir kölgəli böhran, Əflaka sorar dərdini, yıldızları dinlər. Göz qırparaq ancaq ona yıldızlar edər naz, Dilsiz və sağır göylər onun halını duymaz. Bəsləndi küçük duyğusu azadə çocuqkən, Pək incə tərənnümlər öpən neylər içində. Vurğundu o həp şer ilə ahəngə əzəldən, Ağlar və gülümsərdi təğənnilər içində. Hər gün yaralar qəlbini bir sıtmalı röya, Hər gün uyutur dərdini bir nəşəli xülya. Atəşkədələr, fırtınalar yavrusu Azər Coşduqca alevlər və köpüklər kibi çılğın… Bəzən bayılıb sərəli bir heykələ bənzər, Yorğun gözü həsrətli üfüqlər kibi dalğın. Bəzən o baqışlar yenə şimşək kibi parlar, Qəsvət savuran hiçliyi bir anda yaqarlar. Bir gün acı bir sis o gülümsər yüzü sardı, Yalnızlığa imrəndi, uzaqlaşdı bəşərdən. Bir qulbəyə saqlandı ki, ıssızca məzardı, Məhrum idi dünyayı saran xeyr ilə şərdən, Yıllarca dalıb getdi o böhranlı qəfəsdə, İnsanları özlərdi hər atəşli nəfəsdə. “Sərsəm, dəli, xudbin!” – deyə itham ilə hər kəs Bəhs etdilər Azərdən, o aldırmadı əsla! Həp onca bir alqışla söyüşdən köpürən səs, Arif keçinənlər ona yan baqmada hala. Möminlərə sorsan edəcək küfrünə fərman, Dinsizlərə get, onda bulur şübhəli iman. Azər daha çoq zevq alır aydın gecələrdən, Hətta sarışın Ay ona gülmüşdü bir aqşam. Gülmüşdü bulutlar arasından süzülürkən, “Hürr ol!” deyə qəlbində doğurmuş yeni ilham.