реклама
Бургер менюБургер меню

Гусейн Джавид – Azər (страница 5)

18
Yetişir inlədiniz, ağladınız, Dul qadınlar kibi yas saqladınız. Gəlin artıq azacıq kəndinizə, Qanlı göz yaşları cənnətdə sizə Əbədi zevq, səadət verəcək, Olacaq həmdəminiz huri, mələk…” Dinliyorkən onu hər kəs… birdən Yeni bəhs açdı cəhənnəmlərdən. Qorqudan titrəşərək həp təkrar Mələşib ağladılar, ağladılar… Ən nihayət bitirib sözlərini, Açdı ətrafı süzən gözlərini. Şimdi artıq sıra gəlmiş paraya, Gümüş, altın birikib bir araya, Doldu bir ləhzədə şeyxin qucağı, Satılır altına cənnət bucağı. Qaldı Azər şu tuhaf “alverə” mat, Acılar duydu içindən, heyhat!.. “Nə əcayib sürü, yahu, bunlar, Öndə rəhbərlik edər maymunlar. Cühəla elm, fəzilət satıyor, Xalqı əfsunlayaraq aldatıyor. Kəndi əxlaqı sönükkən həpsi Yeltənir verməyə əxlaq dərsi. Sadə minbərdə deyil, çoq yerdə Göz boyar həp şu qaranlıq pərdə. Hanki bir sərxoşu söylətdim, inan Bəhs edər, gördüm, o huşyarlıqdan. Nerdə beş kölgə görür ördəklər Başlayıb nitqə həmən saz köklər. Rəqsi təlim ediyor aqsaqlar, Əzəmət düşkünüdür alçaqlar. Zevqə biganə səfillər bol-bol Şerü sənətdə arar bir yeni yol. Sadədil, hissə uyan abdallar Həp siyasi kəsilib at nallar. Bir yığın kor qılavuzluq yaparaq Göstərir zülməti aydın, parlaq. Hər gülər yüzdə ölüm, qan görürəm, Pək yaqın dostları düşman görürəm. Yurdu sarmış qabalıq, yaltaqlıq, Yüksəliş varsa, səbəb alçaqlıq…” Süzdülər Azəri şaşqın-şaşqın… Azərin dərdi başından aşqın, Mütəəssir, düşünürkən, birdən Gördü vaiz eniyor minbərdən. Ona yaqlaşdı həmən pək sakin, Saçıyorkən əsəbi gözləri kin. Dedi: Şeyxim! Bir az da insaf et, Nə olur, bir qadar da düz yol get. Bizi qandırma; haq verib, haqq al, Sən deyilsin namuslu bir baqqal. Həp yalan sat da altın al, nə demək!? Göz yaşından doğarmı huri, mələk. Ən gözəl dindir iştə dini-həyat, Başqa yol yoq, ya fənn, ya mevhumat!.. İstər uy dinə, istər uy fənnə, Çağırır xalqı kəndi cənnətinə. Biri nəqd iştə, nisyədir birisi, Çoq olur bəlli, nəqd müştərisi. Artıq əfsanə devri keçdi, yetər! Oqşamaz ruhu əski bilməcələr. Can çəkişdikcə köhnə zevqü şüar Yeni bir cilveyi-dəha parlar. O da yoq şübhə sarsılır bir gün,