реклама
Бургер менюБургер меню

Гусейн Джавид – Azər (страница 6)

18
Başqa bir ictihad olur üstün. Əski dahilər “iştə haq” dedilər, Çırpınıb bir həqiqət izlədilər, O həqiqət bu gün xəyal oluyor, Dünkü şən bağcalar bu gün soluyor. Dəyişirkən, əvət bəşər qafası, Dəyişir Tanrıının da siması. Sus yetər, ah, şərəfsiz, Allahsız!.. Qızma, şeyxim, sizin yaratdığınız Tanrı ölmüş də, yoqdur ağlayanı. Nə diyor, baq, halaldır iştə qanı. Bəlli, həp söylədiklərin həzyan, Bizi dünyada yoqmu bir yaşatan?.. Yaşatan varsa iştə xilqətdə, Mədə… həp mədə… həzrəti-mədə… Baq, həqiqət də, bəlkə haq da budur, Səni hər kim doyursa Tanrın odur. Din için, firqə, ya siyasət için Nerdə bəslənsə bir ədavət, kin, Nerdə qan, ya ölüm, ələm görsən, Buna yalnız səbəb sənin mədən… Saçma, həp saçma, anlamam səni bən, Nə demək məqsədin şu vəsvəsədən? Şeyxim, aldatma xalqı, dinlə bəni, Bütün əfsunlu sözlərin xülya… Gəl bıraq göylərin hekayəsini, Enəlim kəndi doğma yurdumuza. Burda cənnət də var, cəhənnəm də, Onu, yoq şübhə, bizləriz yaratan. “Cifə” zənn etdiyin şu aləmdə Başqa zevq almaq üzrə hər insan. Kimi cəhl atəşində qavrularaq, Həp yanar, qəhr olur səfalətdən. Kimi irfanla şadkam olaraq, Dəm vurur nəşədən, səadətdən. Gönlünüz cənnət istiyorsa əgər, Şeyximiz başqa nəğmə bulmalıdır. Mütəvəkkil duran şu məbədlər Həp kütübxanə, məktəb olmalıdır. O zaman fəzlü mərifət günəşi Ölgün, azğın cihanı həp süslər. Şu sönük toprağın bulunmaz eşi, Qurulur hər bucaqda cənnətlər. O zaman qanlı, kinli qüvvətlər

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.