реклама
Бургер менюБургер меню

Джафар Джаббарлы – Mən bir susmaz duyğuyam ki… (страница 19)

18
Göydə ay ağ buluddan ayrıldı, Qara varlıq ziyaya qərq oldu. Göylərin boşluğunda pək müdhiş, Sanki pək laübali bir sərxoş Gəzərək kainatın hər yerini, Sərpərək öz ziyalı tellərini. Durnanın etdi üzcüyün tənvir. Gəl də, şair, bacarsan, et təsvir! Çalma, rəssam, fırçaya çəngə; Giriyor, bax, nəfəsdə yüz rəngə. Həp qızarmış bu gül yanaqlar, bax, Al dodaq, sanki indi qan axacaq. Qara qaşlar çatıldı quş qanadı, Qara gözlərdə titrəyir sevgi; Nəfəsin çəkdi bir tərəddüdlə, Sanki vardır pək incə bir diləyi. İstəyir söyləsin… yumruq ağzın Pək zərif bir şaqaq tək açdı. Dinməyir… ağlayır… tərəddüd edir. Gül dodaqdan, bax, iştə qan açdı. Susdu, guya ki, pək ağırdı sözü, Rəngi qaçdı, saraldı bət-bənizi. İstədi söyləsin, fəqət susdu. Küsdü, bilməm nədənsə, pək küsdü. Daldı bax, pək dərin xəyalə yenə, Düşüyor, kəsdirir o bilməm nə? Titrəyir, bax yenə qızardı üzü, İstəyir söyləsin dəminki sözü. Yenə susdu, baxışları süzülür, Daldı, bilməm nədənsə pək üzülür. Yenə küsdü, yaşardı həm də üzü, Baxıyor, sanki seyr edir dənizi. Nədir, Allah, bu yavruda bu məlal! Bu tərəddüd, bu qəm, bu küskün hal! Aman Allah, nədir onun diləyi? İlk baharın bu nazənin çiçəyi Yenə susmuş neçin tərəddüd edir? Kim bilir, o, həp nələr düşünür? Atasın istəyirmi qandırsın? Sevdiyinmi bir az yubandırsın? Atasın “yox!” deyib, yox etsinmi? Demədən sevdiyilə getsinmi? Yoxsa, atsın bütün, bütün eşqin, Olaraq keçmişin pərişanı, Sevsin ancaq yazıq qoca atasın, Çəkərək bir əzabi-vicdani? Keçmişin, sevdiyin, özün, ürəyin, Gələcək günlərin, adın, diləyin. Həpsin, həpsin atıb, onu tutsun? Bilərək kəndisin fəda etsin, Duyğunu, ağlı, hissi dondursun, Bu yazıq aşiqin ovundursun?.. Bu da pək güc, onun ümidləri bəs? Boğulur, san, yazıq çəkincə nəfəs. Hələ fikrində bir yığın heycan, Hələ qəlbində odlu bir vulkan. Hələ titrək dodaqlarında yaxar, Dünkü bir öpkünün bu gün yeri var. Həm də şahid bu ay, bu ulduzlar. Allah, Allah! O verdiyi sözlər… Bəs o? Bəs o? Onu unutdumu, dur, Seviyor, ox nasıl onu unudur? Səndə təsvirə güc bulunsaydı, Çöhrəsindən görərdiniz indi Ki, bütün bunları xatırlayaraq,