реклама
Бургер менюБургер меню

Джафар Джаббарлы – Mən bir susmaz duyğuyam ki… (страница 12)

18
Yazıram çünü-cəra, hərzəvü-hədyan, bilirəm, Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm! Mən də az-maz bilirəm yazmağı, bir pürhəvəsəm, Çün neçə sahibi-xamə ilə mən həmnəfəsəm. Məcburam töhmətin ilə səsimi mən də kəsəm, Məni əfv eylə, itaət sözünə eyləməsəm. Mən də çün-çün yazmağıma yoxdu bir imkan, bilirəm, Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm!

O NƏDİR?

Səndən xəbər alım haqq bilən aşiq, O nədir ki, sözü vardır, özü yox? Cavab qaytar istəyinə müvafiq, O nədir ki, özü vardır, sözü yox? O nədir ki, bizləməsən, çalışmaz? O nədir ki, dindirsən də danışmaz? O nədir ki, xeyrə-şərə qarışmaz? O nədir ki, haqq görməyə gözü yox? O nədir ki, vaxtı keçmiş ölməyir? O nədir ki, çox ağlayır gülməyir? O nədir ki, yaxşı-yaman bilməyir? O nədir ki, özün görər, bizi yox? O nədir ki, Allahına pul deyir? O nədir ki, ağasına qul deyir? O nədir ki, olmaz şeyə ol deyir? O nədir ki, əyrisi var, düzü yox? O nədir ki, mümkün ikən tapılmaz? O nədir ki, iynə satar, sap olmaz? O nədir ki, istədiyin tapılmaz? O nədir ki, arşını var, bezi yox! O nədir ki, ayda qırx gün bağlanır O nədir ki, bir həftədə bağlanır? O nədir ki, qapısında ağlanır? O nədir ki, “yox”dan başqa sözü yox? O nədir ki, gün uzunu işləyir? O nədir ki, işləmədən dişləyir? O nədir ki, gündə birin boşlayır? O nədir ki, oğlan sevər, qızı yox? O nədir ki, bir həsirdir, dörd divar? O nədir ki, bir qapıdır, bir açar? O nədir ki, gördüyünə göz yumar? O nədir ki, içində bir mizi yox? O nədir ki, dəftəri çox, işi az? O nədir ki, “sabah gəl”i qurtarmaz? O nədir ki, qulaq verməz yüz min yaz? O nədir ki, qışda getsən buzu yox?

POEMA

QIZ QALASI

Quzğunun sahilində pək qocaman Bir yapı, əski sirlər yuvası, Sanki dalmış dərin düşüncələrə, Duruyor sakitanə Qız qalası. Bu yaxın keçmişin gözəl gəlini, Baxıyor, sanki qəm büküb belini, Qocalar tək həyatdan doymuş, Baxıyor dövrəyə yarımuyumuş. Hər yan altın bəzəkli şən yapılar, Dirilik dörd yanında qaynamada. Arxada bir gurultu, bir yenilik. Öndə çapqın vaporlar oynamada. Qara, yüksək, şubay buruqlardan Neft atılqanları nöyüt sərpər. Həp yarım milyon işçinin çəkici Öylə çarpar ki, yer əsib titrər. Gecə sahil boyunda seyr edəsən, Gəzişirlər yığın-yığın qızlar; Günəşin istiqanlı yavruları