реклама
Бургер менюБургер меню

Джафар Джаббарлы – Mən bir susmaz duyğuyam ki… (страница 13)

18
Hərə bir canlı gül seçib izlər; Oxşayıb güldürər, gülər, dinlər, Söyləyər, yalvarar, deyər, inlər. Hər tərəf başqa dürlü bir yenilik; Hər tərəf sevgi, hər tərəf şənlik; Dirilik tam gurultusilə özün Göstərir sahilində bir dənizin. O, fəqət bunlara qoyurmu məhəl? Yox, yox, o iştirakə pək tənbəl. Görkəmindən düşündüyün sonsuz Andırar sanki dərdli bir öksüz. Unudulmuşmudur, ona darılar? Əski elxanlılar çağınmı anar? Kim bilir, söyləməz, qonuşmaz ki, Qaynayan dirliyə uyuşmaz ki. Dalmış o pək dərin xəyalə, durur, Nələr, Allah, bu əski ev düşünür?! Burası örtülü bütün eldən… Pək dərin keçmişin, fəqət dildən – Dilə vardırdığı dumanlı xəbər Xalq içində maraqla söylənilər Ki, bizim paytaxtımız xanının Qızını Abşeron xanı görmüş, Oğluna almaq istəyib sormuş. Xan da bu batqın ölkə xalqından Qorxaraq, indiki bu dik qalayı Xəzərin göy suyunda tikdirərək, Qızını, bir də bir qoruq alayı Abşeron çapqınından aldırmış, Göylərə, bu binayə qaldırmış. Söylənir bu… fəqət mənə bir gün, Qoca, düşkün qiyafəli bir pir Pək gözəl, şairanə sözlərlə, Etdi bir qəmli macəra təsvir. Altı yüz il qədər əvvəllərdə, Bu binaya yaxın duran yerdə Bakının sahilüstü bir küçəsi, Can sevən bir gözəl mayis gecəsi… Tam göyün ortasından ay durmuş, Dörd yanın dövrə bir işıq bürümüş. Altı-yeddi sarımtıraq ulduz Pək uzaqlarda titrəşir fərsiz; Sakitanə dəniz durub parlar, Sıçraşıb xırda damcılar oynar; Uyuyur qumlar üstə ilbizlər; Orda gizlənqaç oynayır qızlar. Mey vurunca hava xəfifanə, İnlədikcə dəniz xəfifanə, Yerə aydan işıq saçıldıqca. Görünüşdən ürək açıldıqca, O mələk gözlərində bir sevda, Baxıyor, sanki seyr edir röya. Ruhu onsuz da oxşayan bu gecə, Dayanıb bağda bir yaşıl ağaca, Saçların dağınıq arxaya tökərək, Gözlərin ta uzaqlara dikərək, Baxıyor bir xəyalə dalmış qız, Baxıyor kainata qırpımsız. Göydən ay öz şəfəqlərin səpiyor, O qızın ağ gümüş döşün öpüyor. Bir xəyalı kaman tək inləyərək, Şəvə tək saçların öpər yellər. Oxşadıqca ilıq hava bədənin, Qucuyor boynunu uzun tellər. O fəqət… dinləməz bu aləmi bir,