18+
реклама
18+
Бургер менюБургер меню

Али Керим – Nə xoşbəxt imişəm bir zaman Allah… (страница 6)

18
Yuxlamadım səhərəcən. Gecələdim bir gecədə Min-min evdə, mahalda mən. Kür özü də bilmədi ki, Səsi güclü, gur olmuşam. Xoşbəxtəm ki, heç olmasa Bir gecəlik Kür olmuşam.

MAVİ NƏĞMƏ QANADINDA

Neft daşları qəhrəmanlarına

Aşağıda çırpınır dəniz. Üstümüzdə xəzri də – Guruldayıb keçən dəniz. Dörd ayağı üstdə Titrəyir iki gözlü Balaca evimiz. Alt – dəniz, Üst – dəniz. Üç gündür minik yoxdur, Ayrılmışıq dünyadan biz. Gülüb deyir neftçi dostumuz: – Belə tufan olmasaydı, Əlbət, tez qaçardınız. Üç gündü soyuqdur Xəzərin qoynunda. Dəstəkdən otağımıza tökülən İsti sözlərin qoynunda                       qızınırıq. Qəhrəmanlığa vərdiş                       etmiş, Odur ki, onu unutmuş İgidlərlə yan-yana, Xəzərlə bir tavanın altında, Xəzri kimi hər dalğası                vulkan püskürməsi olan                okeanın altında Xəzər. Nəhayət, yorulur Xəzər, Durulur Xəzər. Mavi bir nəğmə olur Xəzər. Mənə elə gəlir ki, Biz üç yoldaş – Üç susmaz sözük, – Bu nəğmənin qoynunda Neft daşlarında.

FƏHLƏLƏR

Fəhlələr yol ayrıcında görüşdülər; Sevindilər yamanca… Sonra hərəsi bir tərəfə                    necə gəldi: Böyrü üstə, Beli üstə Tökülüşdülər otlu yamaca. Sorğu-sual etmədilər:                 Hardansan?                 Kimsən? Atanın adı? Fəhləydilər;                  Bu tanıdı,                  tanıdı. Kimin nəyi vardı, çıxardı: çörək, kartof, yumurta, üzrxahsız təbəssüm, bir də başından içilmiş çaxırdı. Ötürüb boğazdan aşağı,