18+
реклама
18+
Бургер менюБургер меню

Али Керим – Nə xoşbəxt imişəm bir zaman Allah… (страница 7)

18
Tərif demədilər Bəzilərimiz kimi boğazdan              yuxarı, Yedilər ləzzətlə – Baxmadılar bişmişinə, çiyinə. Hərdən qüvvətli əl qondu Dünyanın dayağı bir çiyinə.                Söhbətlərində bir iz yoxdu                Nə “sən, sən”dən,                Nə “mən, mən”dən. Sonra bir-birlərinə Neft iyi verən “Pamir”                uzatdılar, Xahişsiz, Sözsüz, Səssiz, Sümürdülər ləzzətlə Tüstünü, Neft iyini, Dincliyi. Bir də lal dostluğun ətrini. Ayrıldılar. Demə ayrı oldular. Nə onlar qışqırıqçıydı, (Nə də çəkdim mən zilə), Sakit-sakit addımladılar Dünya boyda Səmimiyyət adlı bir mənzilə.

MUĞAMI DİNLƏYİRƏM

Ürəyimdə sevinc, qəm – Muğamı dinləyirəm. Həm isti, həm soyuqdan, Həm kölgə, həm işıqdan Yaranmış bir xoş aləm… Çarpazlanan əllərim            başımın altındadır, Təbəssüm dodağımda,            qırışlar alnımdadır. Tarın sarı simindən dönə-dönə səs qopur. Qəm qopur, sevinc qopur, Söz qopur. Dönə-dönə o səslər Ürəyimə tökülür, Könlüm simi titrəyir,             inildəyir,             sökülür. Kamanın səsi titrək, Kamanın səsi kövrək Gah ucalır, gah kəsir, Gah da coşub, tələsir, Tar səsinin dalınca, Mən xəyala dalınca Duyuram bahar da var; Payız da var, yaz da var. Dörd fəsli birdən duyub, Bircə anın içində, Üşüyürəm, yanıram Həyəcanın içində. Həm arzu, həm iftixar, Həm təəssüf, həm vüqar, Həm səadət, həm də qəm Birdən hiss eləyirəm. Könlümdə yaz sədası, Könlümdə yaz havası. Könlümdə duyğuların