18+
реклама
18+
Бургер менюБургер меню

Али Керим – Nə xoşbəxt imişəm bir zaman Allah… (страница 8)

18
Rəngbərəng, Aydın, qəşəng Qövsi-qüzehi vardır. Könlümün bir yanı isti, Könlümün bir yanı çiçək, Könlümün bir yanı çisək, Könlümün bir yanı qardır. Səs ucalır, ucalır, Dağları yada salır. Səs qayıdır yerə… Gözə gəlir göy, dərə Neçə yerdən odlayır ürəyimi Füzulinin qəzəli. Arzuları oyadır, Bulaq üstdən qayıdır. Başda – yelənmi tir-tir əsən, Üzdə təbəssümdən – ay. Azərbaycan gözəli. Dünənin dərdi, qəmi. Bu günə də arzusan, Sabahınsa vüsalı. Bir hiss olub Sevinc yaşı, qəm yaşı, Dodaqlarda birləşir. Ürəyim, nə var yenə! Ürək, döyünmə belə! Duyan sən, səs salan sən, Qoy eşidim, Nə olar, bir az yavaş döyünsən! Ürəyimdə sevinc, qəm – Muğamı dinləyirəm.

ALTINCI FESTİVALA

Altıncı festivala        mən də gedirdim o vaxt… Uçmuşdu Moskvaya         Ürəyim məndən qabaq. Nəhayət, ona çatdım…         Aşıb-daşırdı şəhər. Məhəbbət kimi safdı,          mehribandı al səhər… Dolmuşdu nəğməylə göy –           dərya suyla dolan tək. Göydə nəğmə, göyərçin –        göydə neçə min ürək… Söz axırdı könlümün         bütün üfüqlərindən, Sevinc dalğası idim          sevinc dəryasında mən. Hər küçədə bir ölkə… Hər yerə, hər ölkəyə Avtobuslar işləyir. Hər ölkə nəğmə deyir… Xalqlar necə yaxındır            sanki bir ürəkdədi. Qranitdi – səslərin Gülüşlərin, sözlərin, Nəğmələrin vəhdəti. Hazırcavab fransız,           büllur nəğməli hindli, Doğma dilləri kimi          anlayırdı bir dili: O dil – təbəssüm, ya da Başımız üstə uçan Göyərçinlər diliydi. Moskva – ölkələrin