реклама
Бургер менюБургер меню

Али Керим – Nə xoşbəxt imişəm bir zaman Allah… (страница 10)

18
          lövbər atmış         ən nəhəng gəmini, Yaman heyran etdi məni. Gəmi – şəhərdir, Gəmi – meydan. Bura hər yerdən          qonaqlar gəlir. Gəmi – cahan. Amma gəmi Getməyəcək heç yana        burdan. Gəmi dayanmış          neçə dəmir ayaqlı,             iradə özüllü               bir şəhər kimi. Könlünü atmış           sulara             əbədi lövbər kimi.

ATAMIN XATİRƏSİ

O, sərt idi. Səhər dərsə tələsəndə mən Bildirməzdi yolda durub boylandığını. Bircə dəfə söz açmazdı qəlbindəkindən, Söyləməzdi övlad üçün çox yandığını. Gizli-gizli məni süzüb gülərdi bəzən, Durub-durub güc gələrdi əyri qəlyana. Övladına bircə dəfə “can” söyləməkdən Övlad üçün can verməyi asandı ona. Əməksevən, ağır, enli, cod əli vardı, Tale kimi endirərdi çiynimə hərdən. Sərt üzünə bircə anlıq səhər doğardı Bilməzdim ki, hansı nurlu düşüncələrdən. Sevgisi də soyuq idi – təzə əkini Hər bəladan hifz eləyən qalın qar kimi. Moskvada oxuyurdum, Tərk etdi məni. Gələn zaman bir əbədi ayrılıq dəmi Gah istəyib məni görə. Gah deyib ki, mən Qoy bilməyim.           O utanıb öz ölümündən. Ah, o, niyə belə etdi, bu nə qubardı? Nə zamansa bu nişanda bir atam vardı.

İLAN

Atam deyərdi…

Sən ilana tüfəngi       gözlərini       yumub at,       öləcək. Özü qızıl güllənin         qabağına gələcək Sən onu yox, o sənin tüfənginin İlan yuvası kimi        lüləsini, yarı yolda olan        gülləsini         kirpiksiz gözlərilə Tezcə nişan alacaq, yarı yolda olacaq. Bir an tüstülü göydə Gülləylə bir qalacaq, Sonra göyün qəzəblə Vurduğu çubuq kimi yerə çırpılacaqdır. yerdə qıvrılacaqdır.