реклама
Бургер менюБургер меню

Али Керим – Nə xoşbəxt imişəm bir zaman Allah… (страница 11)

18
Ölümə necə aşiq, Ölümə necə heyran         olub ki, Özünün də         ölümünü,          atılıb Yarı yolda qarşılar,          vəhşi ilhamla ilan.

POÇTALYON

Yenə poçtalyonu Göyçayımızın Çinarlı yollarla gəlib şən keçir. Düşünür: “Gör neçə oğlanın, qızın Eşqi, məhəbbəti əlimdən keçir”. Yaşı əllisə də, demə, qocadır, Pionerlərə də o, salam verir. Görkəmdən vüqarlı, boydan ucadır, Qabarmış köksünə yaxşı baxın bir. Rayonun hər böyük, hər kiçik yolu Ömür dastanının misralarıdır, – Gəlin təbəssümü, ana “sağ ol”u Onun dövlətidir, onun varıdır. Bu yerlər qəlbinə tanışdır, tanış Öz həyəti kimi, bağçası kimi… Bəlkə hər qapını min dəfə açmış Mahud pencəyinin yaxası kimi. Yükü el salamı, el məhəbbəti, Bir yüngüllük duyur ağırlığıından. Körpə uşağın da gülür niyyəti Yüyürüb məktubu alanda ondan. Biri uzaqdan da ötüb keçəndə, – A Qurban, – deyərək onu haylayır. Bir üstü möhürlü zərfin içində Məhəbbət gətirir, sevinc paylayır. – Məktub gecikməsin, – dediyi zaman Ona çox həyəcan, çox həvəs gəlir. Daim qulağına meşin çantadan Neçə salam gəlir, neçə səs gəlir. Bir səs – ana! – deyir, biri – sevgilim! Biri – kəndimizdən salamlar sizə! Biri də söyləyir – gəl, mən də gəlim, Bacım Zərifədən salam var sizə! Uzun danışmaq da adəti deyil, Hər kəsə sözünü tez deyib gedir. Çantası səsləyir onu elə bil, O da çantasını dinləyib gedir.

BAKI KÜLƏYİ

Demirəm hər zaman gəz bu diyarı, Sındır budaqları, əy budaqları. Bəzən də sakit əs, su kimi durul, Gəlib dalğa-dalğa tökül qoynuma. Gah da mənə çatıb havada burul, Burula-burala dolan boynuma. Amma ürəyimdə bir sözüm də var, Sən ey soyuq xəzri, isti gilavar! Gəlsə yuxu kimi bu həyat sənə, Min bir mübarizə xatırlat mənə. O güclü dalğalar, o gur dalğalar Qəfil yerimdən də qoparsın məni. Gurlasın o ki var, coşsun o ki var, Yüyürdə-yüyürdə aparsın məni. Gurla, var gücünlə gurla, ey külək, Saçımı da dağıt, sinəmdən də bas! Mən də cavab verim, mənə qulaq as: Gəl bir də toqquşub döş-döşə gələk! Görsən tufansızam, görsən rahatam,