реклама
Бургер менюБургер меню

Али Керим – Nə xoşbəxt imişəm bir zaman Allah… (страница 12)

18
Qoyma xumarlanıb evdə də yatam. Ey Bakı küləyi, səhərə kimi Sındır pəncərəmi, döy pəncərəmi!..

BABƏKİN QOLLARI

Qolu sındırılmış Babək, Yurdu yandırılmış Babək, Qan rəngli bir arabada, Şərq boyda bir xarabada, Söylə-söylə, Döyə-döyə, Hamıya görk olsun deyə Kənd-kənd gəzdirilən Babək, Ölübən-dirilən Babək; Qollarını görməyəndə Azca rahat olan Babək; Bir qırmızı yuxu içrə: Uzaqlara dalan Babək. Deyən Babək: – Aman dostlar, Hücum çəkin qoşun-qoşun, Orda mənsiz qılınc çalan Qollarımla bir vuruşun.

FÜZULİ

“…Fələklər yandı ahimdən…”

Füzuli

Dünya səni qocaltdı yaşıdın olsun deyə Gömüldü dərdin yerə, ucaldı ahın göyə. Dərdə şərik – dərd özü, sükut – suala cavab. Qranit dağlar belə, gətirməzdi buna tab. Füzuli, o nə dövran!.. – Görsələr yanır insan Yanana od verdilər. Füzuli, o nə kədər! Görsələr donur insan, Donana buz verdilər… Füzuli, o nə qədər? – Görsələr batır insan, Batana dəryaları          birdən bəxş elədilər, Dünya səni qocaltdı, Qocaldın dünya kimi, Könlün kədərlə dolu –           çalxanan dərya kimi. Gəldi kəsdi qapının ağzını şöhrətlə ad. Ey böyük ustad,           heyhat, Ürəyində o ada, şöhrətə yer vardımı? Min bir kədər əlindən           orda yer qalardımı? Gəldi cavan bir qızın          vədəsiz məhəbbəti, Könlündə dərd əlindən          bu eşqə yer vardımı? Bəzən də xanəndənin          cilvələndi sənəti, Qəzəllərindən ayrı           qəzəl oxunardımı? Doğma sözlərinə də            qəlbində yer vardımı? Dünya səni qocaltdı –            cavan görünsün deyə, Yanğınlar tüstüsütək          ahın ucaldı göyə. Sən od tutub alışdın. Bu odu qoca Şərqin         hər yerindən gördülər –         gördü bu doğma yerin. Bütün bu gen dünyanın