18+
реклама
18+
Бургер менюБургер меню

Али Керим – Nə xoşbəxt imişəm bir zaman Allah… (страница 5)

18
Dayan!           Gör nə deyirəm. O hələ ömründən deyil,          Düşün axşam-səhər Sən onu fəth etməlisən         Son zərrəsinə qədər.

KÜR, SƏNƏ BƏNZƏYƏN NƏĞMƏM OLAYDI!

Ey Kürüm, sanıram bir xoş nəğməsən, İndicə qopmusan min-min dodaqdan. Sənintək mənalı bir nəğməni mən “Hardasan”, – deyərək gəzirəm çoxdan. Doldurub ovcuma sərin suyunu Sevdiyim nəğmənin bir damlasıtək, Ey könül, deyirəm, seyr elə bunu, Mənalı olmağı bundan öyrənək. Yazdığım nəğmə də istərəm ki, mən Sədada, qüdrətdə tamam sən ola, Həvəslə, zövq ilə həm dinlənilən, Həm də ki, gözlərə görünən ola. Axar ürəyimə yüz ömrün kamı O əziz yaransa elə su kimi. Qoy belə olmasa könlün ilhamı, Dağılsın bir uşaq yuxusu kimi! Sənintək, a Kürüm, mənim də nəğməm Axa şəhərlərə, axa kəndlərə. Mildə iş qurtarıb susanda aləm, Xoş səda salaydı aynabəndlərə. O da dalğalanıb, yeriyib arx-arx Bu ana torpağı qucaqlayaydı. Sən ellər gəzəndə işıq saçaraq, Sözüm könüllərə şəfəq yayaydı. Sənintək axaydı, səsim də, a çay, Muğanda “su” deyib yananda düzlər, Mənim də nəğməmi tarlada hər yay Sərin suyun kimi içəydi qızlar. Hər könül istəyim, könül harayım Ellərin qeydinə belə qalaydı. Heç nə istəmirəm, mənim Kür çayım, Bir sənə bənzəyən nəğməm olaydı.

BİR GECƏLİK KÜR OLMUŞAM

Sahilində qaldım Kürün, Verdim Kürlə baş-başa mən. Səhərədək göz yummadım, Etdim ona tamaşa mən. Qucaqlaşıb Kürüm ilə, Öpdüm onu neçə kərə. Gör biz necə qovuşduq ki, Axır mən də döndüm Kürə Kürə döndüm!      Kürə!         Kürə! Artdı gücüm milyon kərə, Şirvan, Qarabağ kanalı – Mənim iki güclü qolum: Qucaqladım ana yurdu, Əbədiyyət oldu yolum. Sinəm üstə ulduzlar, Ay, Könlümdə xalq məhəbbəti, Eldən-elə axıb getdim, – Dalğamda dağ əzəməti. Bircə kəs də bilmədi ki, Kür bu gecə o Kür deyil; O, canlıdır görür, duyur, Şeir yazır, şeir deyir. Oldum işıq, zəmi, dəniz,