18+
реклама
18+
Бургер менюБургер меню

Али Керим – Nə xoşbəxt imişəm bir zaman Allah… (страница 4)

18
Mühazirə salonunda. Sevgilimlə bir-birimizə deyəcəyimiz İki söz arasında. Xəstə olarkən Həkimin mənə etdiyi çarəsində. Bəzən baş tutmayan şeirimin Dağılmış divarlarının xarabasında, Bəzən söz yarışında. Bəzən ölüm sözünün polyar qışında. Bəzən günlərimi başlı-başına buraxıb Onlarsız əylənmişəm. Sonra da günlərin məni atıb getdiyindən gileylənmişəm. İllərimin çoxusu mənimlədir, Ailəmin üzvüdür. Yoxlayanda bir-bir, Görürəm bəzisindən             günlər düşüb,              hara düşüb?              Nə vaxt düşüb? Eh, onlar çoxdan ötüşüb. Bəzisi toz olub ayaqlar altında. Bəzisi hansı maşındasa yadımdan çıxıb gedib. Bəzisi bir vaxt kənarında Yaşadığımız çayın          suyunda axıb gedib. Amma eləsi də var ki,        itməyib,         könlümü incitməyib. Elə saatım var ki, ağac olub        Bir dost bağında, Hər dəqiqəsi bir meyvəyə dönüb        Göy budağında. Boynuna qol salıram saatımın          Otururam ömrümün           bir parçasının kölgəsində: Düzürük qızıl yanaqlı dəqiqələri On dörd günlük Ay-boşqaba,           yeyirik şirin-şirin. Hər il təkrarı olacaq            bu dəqiqələrin. Hərdən düşür dəqiqələr budaqlardan             yerə bir-bir. Sahibini görüb gəlir, onlar nədir, Saatım var,       Bir insan sevincində            bir hissədir. Solmuş bir təbəssümün Parıltısını qaytarmış. O ölməmiş. O ömr edir. Anlarım var: Leysan yağışı kimi yağmış Kövrək bir insan qəlbinə; Bitirdiyi çiçəklər           mükafatdır mənə. Oğlanlarıma baxıram: Boylu-buxunlu günlərimdir. Nurlu gecəm, al səhərimdir. Şeirlərimə baxıram: Demə, ölmüş günlərimdir. Yanıb dəftərə tökülmüş günlərimdir. Otuzdan çox yaşamışam.          Peşman deyiləm. Gələcəyə baxıram,