реклама
Бургер менюБургер меню

Ахмед Джавад – Əzilsəm də susmaram! (страница 5)

18
Bilmərrə həyatım uğrunda durub inlər! Yalnız səni, sən qonçeyi-yekdaneyi bəklər! Bilməm nə qədər tatlı66 keçənlərdəki didar67?! Ruhim dəgil ehyamə68, səbəb şəkk edəməm bən! Yalnız düşünürəm səni həp zindeyi-əsrim! Sevdanə giriftar oləli başqa həyətə, Malikini, təbdilə bin dürlü sifatə! Eşqindir, əvət! Danmiyoram, danmayasan sən!!!

IV

Təvcihi-nigah etdikcə canım yaxıyor yar! Yəni nəzər etdikcə, seyran bakıyor yar!

QƏZƏLLƏR

Mərhəmət etsən əgər varmı qüsuri bir gör, Xaliqin əmr eyləyib bən deyürəm rəhm eylə! Baisi-mövtüm olub, batma vəfasız qanə, Bəsdir hicran yarası, bən ölürəm, rəhm eylə! Çox cəfa eyləyərək tərki-cahan qılırdın, Sonrakı aşiqinə, bən gedirəm, rəhm eylə! Ey xudavəndi-kərəm, əhvalimə eylə güzər. Taşa69 təsir eyləyən ahim sana etməz əsər! Səngdil70 olmaq sana bilməm neyçün vacib kibi, Sən hərami vacib etdin, çox dilə verdin kədər! Sən bəni xar eylədin, Allah səni xar etməsün, Hansı məzhəbdə rəvadır, böylə zülm, ey bixəbər! Sən bəni nalan edərsən halimə xəndan olub, Xəndeyi-rəhmət bana bəsdir təcəssüddən səmər. Öz camalından əgər kəndin xəbərdar olmasan, Bax də bir ayinəyi xofi-xudadan qıl həzər! Ararkən yarə uğraşdı, dilim məhsuldar olmuş, Nə məsudəm, xudavənda, müqabil gülüzar olmuş! Gecə-gündüz şikayətlər umə ruyin fəraqindən, Zəbanım lal olub hala: Müsadifi71-hüsni-yar olmuş. Gəzim əma idi əşki təhəssür tökməkdən naşi72, Münəvvər qıldı yarım lütflə ol bəxtiyar olmuş! Nə gördim bir büti-zibayi-məh surət, hilal əbru, Bənim nəqşim qədər, hüsni məzid73 girdigar74 olmuş! Bükülmüş qamətim gördükdə ol sərvi-səmənsayı, Düzəldi qəddi-məyubim75, hər qusum feyzbar76 olmuş!

YAZIM, GƏL, BAHARIM, GƏL

Ürəyim döyünüb uçar quş kimi, Düşər torpaqlara vurulmuş kimi! Sellər, sular coşar qudurmuş kimi! Vuruşar, döyüşər yorulmuş kimi, Çəkilər yatağa durulmuş kimi! Yazım, gəl, baharım, gəl! Şəmsim, gəl, Nigarım, gəl! Əsmər üzlü yarım, gəl, - Gəl, yoxdur qərarım, gəl! Əzəldən salmışam meylimi, meylimi sana! Veribdir hüsnünü Leylimi, Leylimi sana? Dönsəm, üzüm dönsün, dönmərəm səndən, Sən dönsən mən neylim, mən neylim sana?! Neylim gəl, ay neylim, gəl! Sana düşüb meylim, gəl! Məcnun qaçıb çöllərə, - Leylim, gəl, ay Leylim, gəl! Bu bağdan, bu dağdan keçmərəm sənsiz, Bu sulu bulaqdan içmərəm sənsiz! Ömür dedikləri bir göy zəmidir. Bir dərz, oraq alıb biçmərəm sənsiz! Mudum, mudum, ay mudum, Sənsən mənim umudum! Sən bəni unudubsan, Mən səni necə unudum?!

YUXUMA GƏLMİŞDİN…