реклама
Бургер менюБургер меню

Ахмед Джавад – Əzilsəm də susmaram! (страница 7)

18
Nə fayda, sözümü andırmaq olmaz! Qəm çəkər, qəm yeyər Cavad nə vaxtdan, Kəm oldum taledən, kəm düşdüm baxtdan! Qarşında qul ollam, düşməzsən taxtdan, Bu qanlı sevdanı dandırmaq olmaz!

SƏHƏR-SƏHƏR

Yarın bağçasında güllər açılıb, Bülbüllər ötüşür, gəl səhər-səhər! Çarhovuz başında bir telli sənəm Baxıb güzgülənir, bil səhər-səhər! Güllərin üstündə parlayan şehdi, Qəlbimdən keçənlər nə sərin mehdi! Gözümə görükən qövsü-qüzehdi, Hicran qubarını sil səhər-səhər! Çətirli ağaclar sanki ormandı, Həyat göz qırpımı, ömür bir andı! Cavad, düşündüm ki, bu nə fərmandı, Danış səhər-səhər, gül səhər-səhər!79

MƏRSİYƏ

Cavan öldün, dünyadan kam almadın, Çox çalışdın, zəhmətdən heç doymadın. Əfsus ki, fikrinə nail olmadın, Ağla qardaş! Ağlamalı günündür! Çıxarmayaq yaddan biz tez onları, Həp vətənə qurban olmuş canları; Tanrı qəbul etsin belə qurbanları! Ağla, qardaş! Ağlamalı günündür!80

MİRZƏ ABDULLA (SUR) MƏMMƏDZADƏ

…Gənc və nəcib şairimiz Cavad Əfəndi, həzin və ahəngdar bir tövr ilə yazmış olduğu gözəl və yanıqlı şerini söyləməyə başladı:

Ey qardaşlar! Bir zamanlar elimsizlik dumanı, Cəhalətin kor pəncəsi qaplamışdı hər yanı. O zəhərli havalardan gül yanaqlar solmuşdu, O gün xain, pis əllərdən Vətən xarab olmuşdu! Göylər bizə işıq deyil, yıldırımlar saçırdı, Günəş, yağmur, sular bizdən uzaq qaçırdı. Allah belə qəbul etməz oldu bizim qurbanı, Bizi o gün boğuyordu azğınlığın tufanı; Quran nədir? Anlamazdıq. Vətən nədir? Bilməzdik. Qarşımızda yetimlərin göz yaşını silməzdik. Ağlanacaq bir hal idi, kəndimiz də görürdük, Dilimizin, dinimizin getməsinə gülürdük. Bu Vətənin bunu görən südü təmiz övladı, Bir qaç kişi o gün bizim qara günü anladı! Ağladılar, sızladılar, yalvardılar Allaha, Ulu haqqın rəhmi gəldi könlü qırıq onlara! O gün bizim dağlarımız bir az güldü şehləşdi, Bacarıqlı bir qaç qollar zülmətlərlə əlləşdi! Ey qardaşlar! Yurdumuza Günəş yeni doğmuşdu, Bir azacıq – demək olar – dostlar deyən olmuşdu!.. Ancaq dünən başımıza kölgə salan bir bulud, Önümüzdə!.. Haqqın varsa, ey daş ürək, gəl unut!.. Yox, yox… Sizin məzarınız qəlbimizin ən dərin Bir yerində saxlanmışdır, o pak ruhun için! Bütün dünya alt-üst olsa, mən ki, səni unutmam, Ay qardaşlar! “Amin!” deyin, Allah bunu əfv etsin!81

“ŞÜKRİYYƏNAMƏ”DƏN SƏHİFƏLƏR*

KEÇƏR

Bəzən yosmalar alayı, Əllərində nurdan ayı Dağdan, arandan keçər! Bəzən elin bir qadını, Bildiyin yoxkən adını, Gülümsər, yandan keçər! Hərdən yumuşaq bir ipək,