реклама
Бургер менюБургер меню

Ахмед Джавад – Əzilsəm də susmaram! (страница 6)

18
…Yuxuma gəlmişdin sən həzin-həzin, İşvəli, qəmzəli, nazlı nazənin. Sən coşqun bir bulaq, mən yazıq əzgin, Sən yanar bir dodaq, mən halsız, üzgün! …Onbeşdən az idi, yaşım o zaman, Axırdı qəlbimə yaşım o zaman. Daşdan-daşa dəydi başım o zaman, Yazda başlamışdı qışım o zaman! Sən sevda buludu, mən təşnə dodaq, Sən pək iyi bir sərv, mən solğun yarpaq. Mən quru bir ağac, sən gül ağappaq, Sinəmə dəyirdi oxlar şaqhaşaq! Canımda qalmayıb nə tab, nə təvan, Baxışın şimşəkdi, duruşun ceyran; Dodağın lalədir, ətirin reyhan, Onsuz da qurbanam, mən sana qurban! Sən canlı mələksən, mən quru şəkil, Bən sana tayammı, ay saçı sünbül? Bağrımın başında sızlayan bülbül, Deyir: çəkil yoldan, bu yoldan, çəkil!

SEVGİ CANDAN AYRILMAZ

Sevən könlüm sevdi səni, Sevgi candan ayrılmaz! Rahibim ol, yolum göstər, Din imandan ayrılmaz! Pəncərəyə nə qonmusan? Yoxsa bəni sən anmısan? Yüzsən, minsən, milyonmusan? Ruh gümandan ayrılmaz! Gündüzüm tar77, gecəmsə yox, Sevincim az, kədərim çox! Dilim qabar, sözüm “ah”, “ox”, Ah amandan ayrılmaz! Məcnun çöldə, mən meşədə, Canım div tək bir şüşədə. Gözüm qalıb bənövşədə, Quş ormandan ayrılmaz! Kol dibində bitərəm mən. Bülbül olub ötərəm mən! Dağa qalxsam, itərəm mən, Dağ dumandan ayrılmaz! Dövran atar şeş-beşini, Yelə verər peşkəşini! İndisini, keçmişini, Söz zamandan ayrılmaz! Kimi ağlar, kimi gülər, Göz yaşımı kimlər silər? Balıq bilməz, xaliq bilər, Gün cahandan ayrılmaz!78

OLMAZ

Dəymə, dəymə, könlüm sana aşiqdir, Aşiqin qəlbini sındırmaq olmaz! Mənim sözüm bir ilahi eşqidir, Kərəmi bu qədər yandırmaq olmaz! Göydə şimşək kimi çaxdım, ölmədim, Özümü yandırıb-yaxdım, ölmədim! Yoluna, izinə baxdım, ölmədim, Məcnunu bir belə sındırmaq olmaz! Yalvarram, yaxarram yola gəlməzsən, Axan göz yaşımı durub silməzsən! Nə söz anlamazsan, nə dil bilməzsən, Doğrudan uşağı qandırmaq olmaz! Rüsvayi-cahanam Sənandan betər, Sən tərsa deyilsən, bu zülmün yetər! Sinəmdə bir bülbül göynəyib ötər,