реклама
Бургер менюБургер меню

Ахмед Джавад – Əzilsəm də susmaram! (страница 4)

18
Sahibi-hörmətü mənsəb qulunu qoy bana, yar, Yəni ol şiri-xuda qatili-küffar37 oluram! Bu qədər naleyi-cansuz38 edərəm rəhm eylə! Qorx ki, Ahim tutacaq vəhm39 qılub rəhm eylə! Bəni nalan edərək guşənişin olmaqdan, Bir nəticə çıkamaz ərz edərəm rəhm eylə! Sanma bihudə40 bənim, ey bivəfa, əqvalimi41! Bax, şu qula bilmək istərsən əgər əhvalimi! Bir günə saldın bəni bilməm sənin fikrin nədir? Acizəm bu gündə kim tedad42 edəm əfalimi43! Sən əgər ətfi44 nəzər etsən pərişan halimi, Bil qəbul etmiş xuda ölgün bənim emalimi45! Kim səni bu halə saldı sorsalar gər dostlar, Söylərəm ol mahru ağlar qoyan əmsalimi46! Biçarə dilcugöz47 yenə hüznlə məyal olur, Qəm ləşkəri48 hücum ilə verməz məcal olur. Bin dürlü qəm cünüdi49 edər xatirə xütur50, Əmsalsız bahadürə müşkül bu hal olur!

UŞAQLIĞIM

Altı ya beş yaşında təxminən, Tifli-məsumi, dilxərabi-həzin; Gəziyor küçə içrə sərgərdan, Bəni etməzmi dilkəbab qəmin? Rişəsini tişeyi51 fələk kəsmiş, Guya ki, bir nihali52 məzlumdur. Acizəm vəsfinə qərib baxışın, Arifanə, bu hal məlumdur! Gediyor peşiman-peşiman. Gəzir ətrafı çeşmi-xunbarı53. Görüyor nazü neməti əlvan, Lərzə içrə o çeşmi-gülnarı54 Onsız demək bu tifli-zəif, Arayurmuş həqiqi valideyni; Baxtı yar oldu, bəxtiyar oldu, Pək55 sevər də şəfiqi-valideyni!

LİRİK PARÇALAR

I

Nə gözəl giryədir, bu giryə56 xuda?! Nə qədər dilfirib57 por sevda! Giryeyi-qəmmi? Ya ki həsrətmi? Hasili-hüzn, ya məsərətmi58? Giryə həm xəndəyə edər mail, Seyr edən kimsəyi qılar sail. Bilməzəm ağlayummı bu halə? Güləyim qoysə kətmi59 əhvalə? İki sevdazadə bulub vəslət, Hicr əlindən tutubdilər fürsət! Ağlamaq hicrdən şikayətdir, Xəndələr60 firqətə61 nəhayətdir!

II

Ya rəbb, nə lətif cismi-canan?! Pur nuri-ziya camalı hər an! Rəftarı sütudə62, yari-məsud. Güftarı həzin, üyuni63 – xəndan! Zülfi siyəhi kəmalə varmış, Bir mah camal, şahi-xuban! Növrəstə büti, pür işvə tənnaz64, Oldu bana cilvəgər xuraman! Ey yari-əzizi gülüzarım, Seyr eylə bu halı şanlı sultan! Bilməm bumu rəsmi dilbəranə? Rəhm eyləmiyorlar aşiqanə!

III

Hər qonçəyi görməyə çoxdan həvəsim var, Lakin sana məclub65 olub, ey şuxi-dilara, -