Абдурагим-бек Ахвердов – Ac həriflər (страница 3)
Qasid. Əsir ediblər! Budur, qolu bağlı gətirirlər.
Mürtəzaqulu xan. İlahi, mərhəmətinə gündə min şükür!
Qasid. Allah xanın iltifatını artıq eləsin.
Mürtəzaqulu xan. Dayan bir az, getmə! De görüm, Cəfərqulu xan nə qayırır? Məgər dava etməkdən yorulmayıb?
Qasid. Xeyir, xan. Biz belə güman elədik ki, Ağa Məhəmməd xanın əsir olmağı onun qol-qanadını qıracaq. Amma qardaşı tutulandan sonra Cəfərqulu xan ikiqat şiddətlə davaya girişdi. Əsirlərin nağıl etməklərinə görə, Cəfərqulu xan deyir:
“Əgər qılınc vura-vura gedib qardaşımı düşmən əlindən qurtarmasam, öz xəncərimlə özümü həlak edəcəyəm”.
Mürtəzaqulu xan. Qulaq asma, naxoş öləndən qabaq işıq verər. Cəfərqulu xan halətinəzdədir. İnşallah, onu da qolu bağlı gətirərlər və o gələnədək də qardaşı barəsində tədbir olunar… Sən get.
Məgər bu gündən ötrü mənimlə dava edirdin? Məgər bu sifətlə padşahlıq arzusuna düşmüşdün? Heç bir aynaya baxıbsan? Məgər təxti-səltənət meymun yeridir? Sən bilirsən ki, padşaha züllüllahifilərz28 deyirlər? Məgər Allah kölgəsi sənintək olar? Sən yəqin edibsən ki, İranın nicatı Qacar əlindədir! Amma indi öz halətinə bax. Qızmış şirtək dava edən qoşuna da bax, mənə də. Gör İranın nicatı hansı Qacar əlindədir.
Ağa Məhəmməd xan. Qardaş, mən nə qədər səninlə dava edirdim, sənin düşmənin idim. İndi mən qolu bağlı əsirəm, məndən heç kəsə bu saat ziyan dəyməz. Ona görə mənə düşmən adı qoymaq olmaz. Əsir qonaqdır. Qonağa rişxənd etmək mərd sifəti deyil. Sən padşahlıq fikrinə düşübsən, amma namərd padşah ola bilməz. Məni öldürəcək-sən, öldür. Amma nə qədər Cəfərqulunun qolu qılınc vurmaqdan yorulmayıb, padşahlıq fikrini yaddan çıxart.
Mustafa xan
Ağa Məhəmməd xan. Bu sözləri mənə də çox deyibsən. Nə qədər mən səndə etibar gördüm, bir elə də Mürtəzaqulu xan görər.
Mürtəzaqulu xan. Mustafa, qardaş, afərin sənə və sənin şücaətinə! Bu gətirdiyin heyvanın tənbihini sənə rücu29 edirəm. İstəyirsən, gözlərini çıxart, istəyirsən, başını kəsdir.
Mustafa xan. Mən burada öz Allahımla əhd eləyirəm, gərək Cəfərqulu xanı da əsir edəm. Əvvəl bunun gözlərinin qabağında onun başını kəsəm və sonra bunun gözlərini çıxardam. Buna ondan böyük tənbih ola bilməz. Hər kişiyə Allah dünyada iki böyük nemət verib: biri onun kişiliyidir və biri də onun gözləri. Əvvəlinci nemətdən bunu Ədil şah məhrum edib, ikincisindən də mən məhrum edərəm.
Ağa Məhəmməd xan. Hər nə edəcəksən, et. Yazılan yazılıb.
Mürtəzaqulu xan. Səni bu halətdə görəndə mən yazılanı oxudum.
Mustafa xan. Fərraş! Get, kündə30 gətir və yaxşı təzə kündə.
Ağa Məhəmməd xanın ayaqlarını salırlar kündəyə.
Qasid
Mürtəzaqulu xan. Oğlan, nə danışırsan?! Deginən, bu saat atları çəksinlər. Mustafa, qardaşım, qeyrət günüdür, gəl dalımca. İndi gərək mən özüm meydana çıxam, yoxsa axır günümüzdür!
Mustafa xan. Bu əsiri burada saxlayın!
Ağa Məhəmməd xan. Pərvərdigara, səni öz calalına and verirəm, Cəfərqulunu tezliklə mənə salamat yetir.
Şeypur səsi gəlir. Ağa Məhəmməd xanın qarovulları qaçırlar.
Cəfərqulu xan
Ağa Məhəmməd xan
Cəfərqulu xan. Rzaqulu xanı buraya gətirin.
Rzaqulu xanı gətirirlər.
Ağa Məhəmməd xan. Rzaqulu! Sən nə cürət edib mənim müqabilimə qoşun çıxartdırdın, məgər bu gündən qorxmurdun? Mən sənə o tənbehi eləyəcəyəm ki, sənin adaşın Rzaqulu xan Mirzəyə oldu. Aparın, bunun iki gözlərini də çıxardın!
Rzaqulu xanı aparırlar.
Cəfərqulu xan. Qardaş, buyur, bu təllin31 üstünə çıx. Qoşun əhli səni ziyarət eləsin, yoxsa hamı səni ölmüş bilir.
Ağa Məhəmməd xan. Əlbəttə, lazımdır. Gəl, qardaş, dalımca.
İkisi də çıxırlar təllin üstünə.
Cəfərqulu xan. Camaat! Budur sizin sərkərdəniz, xudavəndi-aləmin köməyi ilə sağ və salamat, gözünüzün qabağında.
Ağa Məhəmməd xan. Mərhəba, qardaş! Mərhəba!
Enirlər aşağı, bu halda bir sərkərdə bir neçə əsir gətirir.
Cəfərqulu xan. Bunlar nə əsirdirlər?
Sərkərdə. Mürtəzaqulu xanın müqərrəb34 atlılarındandırlar. Onunla bir yerdə qaçırdılar. Qovduq, özünü tuta bilmədik, atlılarını ələ keçirtdik.
Cəfərqulu xan
Əsir. Xan sağ olsun, elə ki bizim qoşun pərakəndə oldu və Rzaqulu xan əsir düşdü, o vədə Mürtəzaqulu xan bizlə bərabər atlanıb qoşunun içinə çapdı. Nə qədər qışqırdı, nərə vurdu, qoşun kar görə bilmədi. Axırda özü də atının başını çevirib qaçdı. Gərək Məşhəd tərəfə qaçmış olar.
Ağa Məhəmməd xan. Bəs mənim namərd qardaşım Mustafa xan?
Əsir. Mustafa xan axırda heç dava meydanında görünmədi. Belə danışdılar ki, qoşununun məğlub olmağını eşidən tək atını minib o qaçandır, qaçır. Deyirmiş ki: “Rusiya torpağına qaçacağam”.
Ağa Məhəmməd xan. Mən bu əsiri azad elədim, açın qolunu. (
Cəfərqulu xan. Çox gözəl fikirdir.
Ağa Məhəmməd xan. Gözüm üstə… Qardaş, necə ki məlum oldu, dəxi Qacardan bizə düşmən qalmadı. İndi mən istəyirəm qoşun əhlinə indiyədək ürəyimdə saxladığım axır sözümü deyim… Gəl, qardaş, təllin üstünə. Əliqulu, sən də gəl.
Çıxırlar təllin üstünə.
Cəfərqulu xan. Camaat, xamuş35 olun, Ağa Məhəmməd xan söz demək istəyir.
Ağa Məhəmməd xan. Ey buraya cəm olan Qacar qoşunları! Ey mənim qardaşlarım, dostlarım, əzizlərim və ey nəsli-Qacarın qəyur36 sərkərdələri, cavanları! Bilin və agah olun ki, bu gündən tarixi-Qacarinin əvvəl səhifəsinin bismillahı yazıldı. O bismillahı mən deyirəm və dalınca sizə məlum edirəm ki, mənim Ağa Məhəmməd şah Qacar, maliki-bil-istiqlali-külli-məmaliki-məhruseyi-İran! Bu gündən haman səltənəti-İranı alıram əlimə və ümidvar oluram ki, bu qoşunun köməyi ilə Qacar nəsli həmişə təxti-səltənəti-İranını müzəyyən37 edə. Necə ki siz Qacar taifəsi birləşibsiniz, elə də sizin köməyinizlə parça-parça əllərdə qalmış İran, inşallah, birləşəcək. Allahın tövfiqinə38 və sizin köməyinizə bel bağlayıb, ağır yollara qədəm qoyuram.
Cəfərqulu xan
Əliqulu xan. Qardaş, səltənətin mübarək olsun!
Sərkərdələr
Qoşundan səs gəlir. Payəndə bad Ağa Məhəmməd şah Qacar!
İkinci məclis
Ağa Məhəmməd şah Qacar Cəfərqulu xan