Абдурагим-бек Ахвердов – Ac həriflər (страница 5)
Ağa Məhəmməd şah Qacar. Çox məmnunam səndən, Əli xan. Şükür olsun Allaha ki, iki böyük türk taifəsi bir-birinə əl verib, düşməni sərnigun50 elədi.
Qulam. Qibleyi-aləm, Əliqulu xan gəlib buradadır.
Ağa Məhəmməd şah Qacar. Çağır, gəlsin.
Əliqulu xan. Padşah hökmü Allah hökmüdür, borcluyam, itaət edim.
Ağa Məhəmməd şah Qacar. Necə oldu?
Hacı İbrahim xan. Xanımı razı elədim, sabah yola düşür.
Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim, dəxi dürüst xatircəm oldum, düşmənin qəvisini ələ gətirdim. Allahın köməkliyi ilə az keçər ki, İranda bir nəfərin adı çəkilər və o, bir nəfər kimdir? Ağa Məhəmməd şah Qacar!
İkinci məclis
Tehran. Ağa Məhəmməd şah Qacar öz bargahında52 əyləşib səndəl üstündə.
Hacı İbrahim xan və Mirzə Cəfər xan durublar hüzurda.
Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim xan! Əli xan nə işlə məşğuldur?
Hacı İbrahim xan. Qibleyi-aləm, dünya yadından çıxıb, əyləşib mənzilində, qulluq əmrlərinə məşğuldur.
Ağa Məhəmməd şah Qacar. Padşahlıq fikrindən əl götürüb, ya nə?
Hacı İbrahim xan. Qibleyi-aləm, Əli xan məgər görmür ki, padşahlıq nə müşkül əmrdir? Gecə və gündüz gərək ancaq rəiyyət dərdi çəkəsən. Sair dövlətlərlə əlaqə fikrində olasan. Əli xan əyləşib qibleyi-aləmin sayəsində, rütbəsi günü-gündən artır, qoşun onun itaətində, dəxi o nə eləyəcək padşahlığı?
Ağa Məhəmməd şah Qacar.Səhvdəsən, Hacı İbrahim xan! Bunu sən yəqin et ki, əgər Əli xanın sərkərdələri və qoşunu mənim məktubumu oxuyandan sonra ondan üz çevirməsə idilər, o gəlib itaət etməzdi. Belə itaət də sidqlə olmaz. Əli xanın ölənədək ürəyində ədavət çıxmayacaq, sən buna inan! Əli xan ölsə, onun sümükləri və qəbrinin torpağı da mənimlə ədavət eləyəcək. Yəqin bil, belədir.
Hacı İbrahim xan. Qibleyi-aləm, yoxsa Əli xan barəsində bir fikriniz var?
Ağa Məhəmməd şah Qacar. Mən gecələr yuxu yata bilmirəm və İranın iki düşməni var, onlar yox olmayınca yata da bilməyəcəyəm. Mən o yandan, bu yandan baş qovzayanları demirəm, mən onları düşmən hesab etmirəm. Mən İranın gələcək düşmənlərini deyirəm ki, gərək onların hamısı tərk olsun ki, ta öləndə xatircəm ölüm. O düşmənlərin biri Əli xandır və o birisi də bilirsən, kimdir. Naçarlıqdan itaətə gələn düşmənlə müdara53 etmək aqil iş deyil. Elə düşmənin bilmərrə kökünü kəsmək gərək.
Qulam
Ağa Məhəmməd şah Qacar. Get, fərraşbaşıya deginən necə ki, buyurmuşam, Əli xanı elə rahat eləsinlər.
Qulam çıxır. Şah qalxır ayağa, qapıya tərəf gəlir.
Hacı İbrahim xan və Mirzə Cəfər bir-birinin üzünə baxırlar.
Qapının dalından Əli xanın səsi gəlir:
“Ay məlunlar! Nə qayırırsınız? Buraxın məni! Buraxın mənim qolumu! Ox, ox, ox!..”
Ax, habelə ha, habelə ha! Oxay, canım dincəldi. (Mirzə Cəfər xana.) Mirzə Cəfər xan, çıx, binagüzarlıq et, neçə gün Əli xanı bargahda saxlasınlar və bir şəxs onun gözlərinin çıxdığını bilməsin və əlavə binagüzarlıq edərsən, Əli xanın qoşununun bir hissəsini azad eləsinlər və qalanını sair fövclərə54 paylasınlar. (
Qulam
Ağa Məhəmməd şah Qacar. Deginən, içəri girsinlər!
Hacı İbrahim xan. Bəli, qurban, çox gözəl xalılardır.
Ağa Məhəmməd şah Qacar. Mən, qədim vaxt yadımdadır, Kərim xanla müqabil oturub dövlət işlərini müzakirə edəndə bir yandan ona gözəl tədbirlər tökərdim və bir yandan və ədavətin kəsrətindən xirqəmin55 altında bıçaq tutub bu xalıları doğrayardım. Əgər biləydim ki, bu xalılar axırda mənim olacaq, məgər mən bunları şikəst edərdim?
Mirzə Cəfər xan
Ağa Məhəmməd şah Qacar. Aç, oxu.
Mirzə Cəfər xan
Ağa Məhəmməd şah Qacar. Afərin, Əliqulu, xan! Kağız gətirənə, deginən, xələt versinlər!
Qulam. Bəli, qibleyi-aləm, gəliblər.
Ağa Məhəmməd şah Qacar. Deginən, gəlsinlər. (
Sərkərdə. Qibleyi-aləm, 60000 nəfər atlı və piyada qoşun hazırdır.
Ağa Məhəmməd şah Qacar. İndi mən sizə məramımı deyim. Gürcüstan valisi qoca İrakli İranı şuriş tutmuş hesab edib, götürüb Rusiya imperatriçəsinə yazıbdır ki: “Necə mənim atam və babalarım həmişə Osmanlı və İran padşahlarının itaətində olublar, mən özümün və övladımın tərəfindən Rusiya padşahlarına itaət edirəm”. Əlbəttə, İran şahları qəbul etməzlər ki, Gürcüstantək vilayət əldən getsin. Ona görə İrakliyə tənbih lazımdır. Həmçinin Mustafa xan Lənkərani Rusiya imperatriçəsinə təəbiyyət edibdir. Əlavə Şəki, Şirvan, İrəvan, Gəncə və Qarabağ xanları da növbənöv iddialara düşüblər. Mən bu qoşunu cəm etmişəm ki, bu baş qalxızan şəxslərin hamısına məqamlarını tanıdım. Mən sizin və qoşunun rəşadətinə xatircəməm.
Sərkərdə. Qibleyi-aləm, baş və canla hazırıq.
Ağa Məhəmməd şah Qacar. Qoşun üç dəstə olacaq. Bir dəstəsi Şəki və Dağıstan tərəfinə və bir dəstəsini də özüm götürüb Qarabağ üstünə aparacağam. Gərək Əliqulu xan Kirmandan qayıdan tək yola düşək. Gedin, öz işinizə məşğul olun. Qoşun əhlinə məndən salam yetirin.
Sərkərdələr baş əyib çıxırlar.
Qulam
Ağa Məhəmməd şah Qacar. Gəlsin, gəlsin.
Cəfərqulu xan. Yornuq idim, qibleyi-aləm, əfv edəsən.
Ağa Məhəmməd şah Qacar. Eybi yoxdur, qardaş, yaxın gəl.
Cəfərqulu xan
Ağa Məhəmməd şah Qacar. Qardaş, səbəb nə idi ki, indiyədək sənə göndərdiyim kağızlara və sifarişlərə cavab vermirdin?
Cəfərqulu xan. Qibleyi-aləm, onu soruşma. Kiçiyin həmişə böyüyə bir ərki olar. Mən ərk bilmişəm. Yəqin, yadındadır, Qacar fəthində İsfəhan hökumətini mənə vədə etdin?!
Ağa Məhəmməd şah Qacar. Bəli, yadımdadır!
Cəfərqulu xan. Sonra ki sən öz əhdinə vəfa etmədin və məni İsfəhan əvəzinə Mazandarana göndərdin, doğrusu, mənim ürəyim sındı. Mənə hökumətin artıq-əskikliyi təsir etmirdi. Amma məni qəmgin edən sənin, mənimtək yolunda canından və malından həmişə keçməyə hazır olan qardaşına etibar etməməyin idi. Mən sənə and içirəm ki, məntək dəyanətli nökəri, cümlə İranı axtarsan, tapa bilməzsən. Məni sən Mazandarana göndərmə, bir kəndə kəndxuda göndər, qapıda axırıncı fərraş elə, amma onu bil ki, mən etibarlı fərraşam. Sən heç soruşma ki, niyə sənin kağızlarına cavab vermirdim. Dübarə ərz edirəm, mən tərəfdən bir ərkdi. Amma, xudanəkərdə, sənə bir hadisə üz verəydi, yenə görərdin, hamıdan qabaq düşmən müqabilində mən qardaşın dava eləyirəm.